SHXÇDX-nin Ağdam rayon idarəsində möhlət vaxtı 1700 manata “satılır”- ŞOK OLAY SƏSYAZISI

Şrift : |
Tarix :23-09-2019, 00:34
Bölmə : Video / Bölgə
Kömək :    
Baxılıb : 160 dəfə
Like :
Like :

    Bu günlərdə redaksiyamızın elektron poçtuna SHXÇDX-nin Ağdam rayon idarəsində yaşanan biabırçılıqlarla bağlı xeyli məlumatlar daxil olub.

    Daxil olan məlumatların mahiyyəti ilə tanış olduqda o da bəlli oldu ki, sən demə adı çəkilən dövlət qurumuna rəhbərlik edən Elxan Feyziyev, Ağdam rayon idarəsini əməlli-başlıca “kolxoz bazarı”na çevirib. Yəni, bu şəxs müharibə şəraitində yaşayan dövlətimizdə bir çox gənclərin, bu gün də hərbi xidmətdən yayınmalarına “yaşıl işıq” yandırmaqdadır. Onu da unutmayaq ki, ərsəyə gətirdiyi “kolxoz bazarı”na kənardan “bazarkom” gətirməyən idarə rəisi, adicə altı aylıq möhlət vaxtını “bazar”da 1700 manata “satışa çıxarır”. Məlumatlı şəxsin redaksiyamıza göndərdiyi başqa bir məlumatlarda o da qeyd olunur ki, nədənsə Elxan Feyziyevin “bazarlıq etdiyi” şəxslərin hər biri “jirnı kliyentlər” olur. Rayonun strateji sahələrindən birinə rəhbərlik edən bu şəxsin “sonuncu kliyentlər”indən biri də, məhz Ağdam rayon Sukanal idarəsinin müdiri Vüqar Qəhrəmanovun olduğu söylənilir. Belə ki, daxil olan məlumatlarda o halın varlığı da vurğulanır ki, rayonun Sukanal idarəsinə rəhbərlik edən bu şəxsin oğlu Vüsal Qəhrəmanzadə, BDU-nun beynəlxalq münasibətlər fakültəsinin sonuncu kursunu başa vurub. Amma, oğul Qəhrəmanov nədənsə “qəhrəmanlıq göstərib” sahib olmaq istədiyi diplomunu heç cür əldə edə bilmir. Buna da əsas səbəb, onun əvvəlki kurslardan qalmış beş “kəsr”inin olmasıdır. Məsələnin düşündürücü tərəfi odur ki, 18 yaş həddini çoxdan keçmiş Vüsal Qəhrəmanzadə, bu gün nə BDU-dakı problemlərini qaydaya sala bilir, nə də ki, Vətən qarşısındakı xidməti borcunu yerinə yetirir. Buna da bir çox amillərin varlığı səbəb olur.
    Vüsal Qəhrəmanzadənin bu gün hansı səbəbdən həqiqi hərbi xidmətdə olmaması ilə bağlı atası Vüqar Qəhrəmanova sual ünvanladıqda o, “komissara” 1700 manat pul verib altı ay müddətinə möhlət vaxtı almışıq” cavabını verdi. Bu yöndə apardığımız araşdırmalar zamanı belə bir məlumata da sahib ola bildik ki, sən demə qeyd olunan “haqq-hesabı” Ağdam rayon idarəsinin rəisinə, Sukanal idarəsi müdirinin tapşırığı əsasında, adı çəkilən vəzifə sahibinin sürücüsü Cəsarət adlı şəxs çatdırır. Elə ki, qarşı tərəf olaraq “komissar”dan da daxil olan məlumatlara münasibət bildirməsini xahiş etdik, o halda o, “Vüsal Qəhrəmanzadə ilə bağlı araşdırmalar aparacağıq”, az sonra isə, “təqdim etdiyi xəstəlik kağızı əsasında ona möhlət vaxtı verilib” deyə cavab verdi. Verilmiş belə bir cavabların varlığı, məhz bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Onu da bildirək ki, redaksiyamızda adı çəkilən vəzifə sahibləri ilə danışdığımız bütün danışıqların səsyazması var. 
    Düşünürük ki, dərc etdiyimiz belə bir açıqlamadan sonra SHXÇDX-nin rəisi, general Arzu Rəhimov, Ağdam rayon idarəsindəki “kolxoz bazarı”nın varlığı, yəni altı aylıq möhlət vaxtının 1700 manata “satışa çıxarılması” faktının və digər addımların araşdırılması yöndə aidiyyəti üzrə lazım olan tapşırığını verəcək. Yəqin ki, o halda əksər mətləblər hər kəsə gün təki aydın olacaq.

    P.S. Hörmətli oxucular! Yaşanan belə bir olaylarla bağlı hələlik Ağdam rayon Sukanal idarəsinin müdirinə sürücü işləyən Cəsarət adlı şəxsin, danışdığı danışıqların səsyazmasını sizlərə təqdim edirik. Az sonra isə, Ağdam rayon Sukanal idarəsinin müdiri Vüqar Qəhrəmanovun danışıqları danışıqların səsyazmalarını sizlərə təqdim etməyə çalışacağıq.

    Mövzuya qayıdacağıq. Odur ki, bizi izləməyi unutmayın.



Xəbər lenti

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

"Mən iki gələcək əsgər böyüdürəm, onlara nə deyəcəm?" -Aksiya iştirakçısı

Məhkum aclıq aksiyasına qərar verdi

"RUN GROUP" MMC-in "dəmir ledisi"

KXCP üzvləri sədrin istefasını tələb edir

Hüquq müdafiəçisi həmkarının müdafiəsinə qalxdı

Fuad Əhmədli Penitensiar Xidmətin xəstəxanasına köçürülüb

Jurnalist Polad Aslanovun həbs müddəti uzadılıb

"Rektor deyir ki, müəllimlərin maaşlarının qaldırılmasından söhbət belə gedə bilməz"

'Gündəm Xəbər'' Mətbuat Şurasının yalanlarını ifşa etdi- FOTOFAKT

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!