Əbülfəz Sadıqbəylinin vəsatəti rədd edilib

Şrift : |
Tarix :7-12-2018, 03:09
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    Məhkəmə Əbülfəz Sadıqbəylinin vəsatətini rədd edib

    Səbail Rayon Məhkəməsi dekabrın 7-də Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin həbs qəti-imkan tədbirinin ev dustaqlığıyla əvəz olunması ilə bağlı vəsatətini rədd edib.

    7GUN.az xbər verir ki, məlumatı Meydan TV-yə Əbülfəz Sadıqbəylinin vəkili Osman Kazımov verib.

    Osman Kazımov deyir ki, məhkəməyə ziyanın ödənilməsi haqda sənəd də təqdim edilib, amma vəsatət təmin olunmayıb: "Əbülfəz Sadıqbəylinin hərəkətində cinayət yoxdur. Biz qərarı gələn həftə alacağıq, ondan sonra hüququ addımlarımızı davam etdirəcəyik”.

    Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəyli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. O. Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham olunur.

    İttihama görə, müsavatçı "Nikoil bank”-ın adından saxta sənəd hazırlayıb. Bildirilir ki, o, bankdan kreditilə aldığı "Niva" markalı avtomobilə görə, borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir.

    Əbülfəz Sadıqov ittihamı qəbul etmir. Müsavat Partiyası həbsin siyasi motivli olduğunu bəyan edib.

    Bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur.


Xəbər lenti

"Oqtay Gülalıyev Azərbaycanda onsuz da məhv edilmiş hüquq müdafiə sisteminin azsaylı nümayəndələrindən biridir" -Rüfət Səfərov

"Azad və ədalətli seçkilər bu ölkəni irəli apara bilər" -Li Litzenberqer

"Oqtay Gülalıyev bu ölkənin vətəndaşıdır" -MÜRACİƏT

Beynəlxalq təşkilatlar vəkillərlə bağlı çağırış edib

Seçki oyunu -VİDEO

"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu" -Firuzə Gülalıyeva

AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib

AİHM Bəybala Əbillə bağlı qərarını elan etdi

Masallı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildi

Oqtay Gülalıyevlə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış olundu

"RUN Group" MMC-nin xanım rəhbəri niyə susur? -VİDEO

Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO

"Cahid Hilaloğlu" mükafatı təqdim edildi -FOTOLAR

10 AA 322 seriyalı avtomobil sürücüsü mövcud qanunvericiliyin tələblərinə niyə riayət etmir? -VİDEO

"İşıq xətti qəfil qırılıb düşə bilər" -Qəbələ rayonundan FOTOLAR

"Bizə dedilər 6 aydan sonra müraciət edə bilərsiniz" -Vüqar Qurdqanlı

Masallı rayon Maliyyə İdarəsi faizə otuzdurulub?

"Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər" -Əli Kərimli

Cəlilabadda süqut edən təhsil sistemi : İTTİHAM

Elxan Hüseynov “köhnə bazara yeni qiymətlər”gətirib? -Sumqayıt Dövlət Universitetində problem

Vəkil:"Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim?"

Prezidentin köməkçisinə general-polkovnik rütbəsi verildi

Məhkəmə jurnalisti cərimələdi : "Sifarişli qərardır"

“Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük” -Donald Tramp

Azərbaycanda yeni Ombudsmanı Səbinə Əliyeva oldu

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya