Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

Şrift : |
Tarix :17-10-2019, 20:35
Bölmə : Özəl / Video
Kömək :    
Baxılıb : 267 dəfə
Like :
Like :

    Ceyhun Bayramov Təhsil Naziri təyin edildikdən sonra ölkənin təhsil sestemi daha da bərbad hala düşüb.

    Bu sahədə rüşvət və korrupsiya adiləşmişdir. Tədrisin keyfiyyəti ilə bərabar təhsil müəssisələrində müəllimlərin, tələbələrin və şagirdlərin davranışlarını da qənaətbəxş hesab etmək olmaz. Bir çox ümumtəhsil tam orta məktəblərində şagirdlər hətta müəllimlərin yanında açıq-aşkar siqaret çəkir, yüngül əxlaqi davranışlara yol verirlər. Əldə etdiyimiz məlumatlara görə bəzi təhsil müəssisələrində narkotik vasitələrdən və psixotrop dərmanlardan istifadə etmə halları mövcuddur. 7GUN.az olaraq bu istiqamətdə araşdırmalarımız olacaq.
    Təhsil müəssisələrində müəllimlərin, tələbələrin və şagirdlərin davranışlarına nəzarət mexanizmi dağıldığına görə bir çox hallarda müxtəlif cinayət hadisələrinin baş verməsinin şahidi oluruq. Bütün bu və digər arzuolunmaz hallar yaşandığı halda təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?!

    Nərimanov rayon ərazisində fəaliyyət göstərən Nəriman Nərimanov adına 45 nömrəli və Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəblərdə də acınacaqlı vəziyyətin olması barədə 7GUN.az-a məlumat daxil olub. Mənbə bildirir ki, şagirdlərin dərs saatlarında dərslərdə iştirak etməmələri, kafe və çayxanalarda vaxtlarını keçirtmələri, həmçinin öz aralarında mütəmadi dava-dalaş salmaları, müəllimlərin dərs saatlarına gecikmələri, tədrisə biganə yanaşmaları, şagirdlərdən və onların valideyinlərindən müxtəlif bəhanələrlə pul yığılmaları və digər qanunsuz əməllər mövcuddur. Lakin məktəb direktorları, tədris və təlim-tərbiyə işləri üzrə direktor müavinləri məktəblərdə baş verən bütün xoşagəlməz hadisələrə seyirçi münasibət göstərirlər.

    7GUN.az-a məlumat verən mənbə qeyd edir ki, 16 oktyabr 2019-cu il tarixdə təxminən saat 12 radələrində 45 nömrəli orta məktəbin qarşısında şagirdlər arasında dava-dalaş olmuşdur. Lakin məktəb rəhbərliyi və həmin hadisəni görən müəllimlər heç bir reaksiya verməyiblər. Bir-birini ayaq altına alan və kobud təhqiramiz ifadələr işlədən şagirdləri təsadüfən yoldan keçənlər çətinliklə aralamışlar. Bu fakt məktəblərdəki təlim-tərbiyə və tədrisin keyfiyyətinin hansı səviyyədə olması barədə nəticə çıxartmağa tam əsas verir.
    7GUN.az olaraq Təhsil Naziri Ceyhun Bayramovun nəzərinə çatdırırıq ki, təhsil müəssisələrində yüngül kosmetik dəyişikliklər etmək əvəzinə, sözün əsil mənasında təhsil sahəsində islahatların aparılmasına böyük ehtiyac vardır.

    Mövzunu davam etdirəcəyik.

    Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!