"RUN GROUP" MMC-in "dəmir ledisi"

Şrift : |
Tarix :6-10-2019, 22:11
Bölmə : Gündəm
Kömək :    
Like :
Like :

    7GUN.az-a daxil olan məlumata görə ofisi (İqamətgahı) Nazirlər Kabinetinin yaxınlığında yerləşən "RUN GROUP" MMC-də qəribə olaylar baş verir.

    Bu təşkilatda ayrı-ayrı iş adamlarından, xüsusilə, mənzil-tikinti biznesi ilə məşğul olan firmalardan tender əməliyyatlarının keçirilməsi, Bakı şəhərində əlverişli torpaq sahələrinin alınması, tikinti-biznes layihələrinin hazırlanması adı altında küllü miqdarda rüşvət alınır və sahibkarlar bir neçə ildir ki, rüşvət olaraq verdikləri pulları geri ala bilmirlər. "RUN GROUP" MMC-in direktoru Talışxanova İranə Əziz qızı yüksək vəzifəli şəxslərin himayəsində olduğunu bildirərək ayrı-ayrı dəllalların vasitəçiliyi ilə iş adamlarını tora salır, əmlaklarını ələ keçirir və onların pullarını mənimsəyir. Dəllallardan biri vaxtı ilə Bakı şəhər Baş Tikinti İdarəsində mühasib işləmiş, əslən Zaqatala rayonundan olan Bahəddin Cumayevin vasitəsilə aldanılan bir neçə iş adamı 3 ilə yaxındır ki, onlara vəd edilən "cənnəti" gözləyirlər.

    Məlumatda bildirilir ki, İranə Talışxanova hətta bir sıra rayon İcra Hakimiyyəti Başçıları ilə də "işgüzar əlaqələr" qurub onların dəstəyindən istifadə edir. 2018-ci ilin aprel ayında Mingəçevir şəhərində İcra Hakimiyyəti Başçısı ilə təntəraqlı görüşlər keçirtməsi buna əyani subutdur.

    Məlumatlı mənbə qeyd edir ki, İranə Talışxanova "işgüzar" səfərlərə çıxarkən dövlət rəsmləri kimi korteclə müşaiyət olunur. Görünür, yüksək vəzifəli bəzi şəxslərin "RUN GROUP" MMC-də ciddi maraqları vardır.

    Məlumatlı mənbə bildirir ki, "Run Group" MMC-də maliyyə və vergi əməliyyatlarının dövlət orqanları tərəfindən yoxlanılması bir çox qaranlıq məsələlərə aydınlıq gətirər.

    Qarşı tərəflə əkaqə saxlayıb onların da mövqeyini öyrənmək istəsək də, lakin cəhdlərimiz baş tutmadı. Buna baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

    Araşdırmalarımızı davam etdirəcəyik.

    Aygün Mustafayeva


Xəbər lenti

"Oqtay Gülalıyev bu ölkənin vətəndaşıdır" -MÜRACİƏT

Beynəlxalq təşkilatlar vəkillərlə bağlı çağırış edib

Seçki oyunu -VİDEO

"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu" -Firuzə Gülalıyeva

AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib

AİHM Bəybala Əbillə bağlı qərarını elan etdi

Masallı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildi

Oqtay Gülalıyevlə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış olundu

"RUN Group" MMC-nin xanım rəhbəri niyə susur? -VİDEO

Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO

"Cahid Hilaloğlu" mükafatı təqdim edildi -FOTOLAR

10 AA 322 seriyalı avtomobil sürücüsü mövcud qanunvericiliyin tələblərinə niyə riayət etmir? -VİDEO

"İşıq xətti qəfil qırılıb düşə bilər" -Qəbələ rayonundan FOTOLAR

"Bizə dedilər 6 aydan sonra müraciət edə bilərsiniz" -Vüqar Qurdqanlı

Masallı rayon Maliyyə İdarəsi faizə otuzdurulub?

"Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər" -Əli Kərimli

Cəlilabadda süqut edən təhsil sistemi : İTTİHAM

Elxan Hüseynov “köhnə bazara yeni qiymətlər”gətirib? -Sumqayıt Dövlət Universitetində problem

Vəkil:"Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim?"

Prezidentin köməkçisinə general-polkovnik rütbəsi verildi

Məhkəmə jurnalisti cərimələdi : "Sifarişli qərardır"

“Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük” -Donald Tramp

Azərbaycanda yeni Ombudsmanı Səbinə Əliyeva oldu

"Haqq ədalət uğrunda mübarizə aparmış adam indi də tək, meydanda həyatı uğrunda mübarizə aparır" -Təbriz Gülalıyev

Polis “Müsəlman Birliyi” Hərəkatının tədbirinə imkan vermədi

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya