Ruslan Rəsulov Ceyhun Həsənovu aldadırmış?

Şrift : |
Tarix :4-09-2019, 08:02
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 332 dəfə
Like :
Like :

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasının rəisi Ruslan Rəsulov vəzifəsindən azad edilib.

    Etibarlı mənbədən 7GUN.az-a daxil olan məlumatda bildirilir ki, buna Ruslan Rəsulovun təqsirləndirilən şəxslərdən və onların ailə üzvlərindən aldığı rüşvətin məbləği barədə Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova düzgün məlumat verməməsi, həmçinin külli miqdarda vəsaitin ondan gizlədməsi səbəb olmuşdur.

    Hazırda 2 saylı İstintaq Təcridxanasının rəisinin vəzifəsi üzrə səlahiyyətləri Pentesiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi Mirsaleh Seyidov müvəqqəti icra edir.

    Qeyd edək ki, yaxın günlərdı 2 saylı İstintaq Təcridxanasının tərbiyə işləri üzrə rəis müavini Emil Ağayev barəsində araşdırmalara başlanacağı barədə məlumat əldə etmişik.

    7GUN.az olaraq bir müddət öncə məlumat vermişdik ki, Emil Ağayev 32 yaşında Ədliyyə orqanlarında xidmətə qəbul olunub.

    7GUN.az Ruslan Rəsulovun işdən çıxarılması və digər məsələlərlə bağlı Petensiar Xidmətdən münasibət öyrənə bilmədik.

    Buna baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!