Cavid Şirəliyev: "Jurnalistlərin rəsmi sorğularına belə cavab vermirlər"

Şrift : |
Tarix :28-08-2019, 19:51
Bölmə : Gündəm
Kömək :    
Like :
Like :

    Ölkədə rüşvət və korrupsiya halları dövlət idarəetmə orqanlarının bütün strukturlarına nüfuz edib, onları iflic vəziyyətinə salıb. Elə bu səbəbdəndir ki, vətəndaşların ərizə və şikayətlərinə baxılması və mövcud problemlərin həll olunması müşkülə çevrilib.

    Bu sözləri 7GUN.az saytının rəhbəri Cavid Şirəliyev özünün feysbuk səhifəsində yazıb:

    "Dövlət idarə, müəssisə və təşkilat rəhbərləri müstəqil medianın, hətta jurnalistlərin rəsmi sorğularına belə cavab vermirlər. İdarəetmə sistemində yaranmış anormal vəziyyətə görə məmurların özbaşınalığı, qanunlara sayğısız münasibətləri əndazəni aşıb.

    Hakimiyyətin yüksək dairələri dövlət əmlakının mənimsənilməsini və korrupsiya əməliyyatlarını əsasən təsərrüfat sahələrində həyata keçirirlər. Bu sahələrdən ən çox diqqəti çəkən Mənzil-Kommunal Təsərrüfat Birlikləri, Su Təsərrüfatı və Enerji Təchizatı İdarələridir.

    Mən, jurnalist olaraq Astara, Cəlilabad, Qazax və Göygöl rayonlarının Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin, həmçinin Masallı rayon Viləş Su Anbarının fəaliyyətləri ilə bağlı araşdırma aparmaq məqsədi ilə rəsmi informasiya sorğusu göndərmişəm. Qanunla müəyyən edilmiş müddət başa çatsa da, lakin sözügedən müəssisələr sorğulara cavab verməmişdir. Məhz buna görə də aidiyyati üzrə məhkəmələrə müraciət etmişəm.

    Belə qənaətə gəlirəm ki, hakimiyyət orqanlarındakı anarxiya məmurlara özbaşınalıqlar etməyə və qanunları mütamadi olaraq pozmağa və riayət etməməyə şərait yaradır. Bu halların kökündə isə ölkədəki rüşvət və korrupsiya ierarxiyası dayanır.

    Ölkədə söz və mətbuat azadlığına, jurnalist araşdırmalarına hakimiyyət sayğısız münasibət göstərir, jurnalistlərin fəaliyyətlərinə davamlı olaraq süni maneələr və əngəllər yaradılır. Məmurların hakimiyyətə sığınaraq jurnalistlərin peşə fəaliyyətlərinə mane olması, müstəqil medianın və jurnalistlərin şifahi və ya yazılı sorğularına cavab verilməməsi ölkədə söz və mətbuat azadlığının hansı durumda olmasından xəbər verir.

    Azərbaycan iqtidarı Avropa Şurası və digər beynəlxalq birliklər qarşısında söz və mətbuat azadlığı sahəsində götürdüyü öhtəliklərə əməl etmir. Məhz bu səbəbdən də müstəqil media sıradan çıxarılıb, ümummilli problemləri araşdıran mətbuat orqanlarının fəaliyyət dairələri məhdudlaşdırılıb, bir çox jurnalistlər sırf peşə fəaliyyətlərinə görə şərlənib, təqib, təhdid və təzyiqlərə məruz qalıb, hətta əsassız və qanunsuz olaraq həbs olunublar"- deyə Cavid Şirəliyev bildirib.


Xəbər lenti

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Ceyhun Nəbinin hədəfə atdığı Cümhuriyyət DAŞI, saxtakarların cümhuriyyətçi nifrəti

Ceyhun Nəbinin namizədliyi niyə qeydə alınmadı?!

“Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin” -Vilayət Eyvazov

Oqtay Gülalıyevin hərarəti yüksəlib

Müsavat başqanı ABŞ səfiri ilə görüşdü

Canlı yayımda “intihar” edən gənc Sozcu.az-ı məhkəməyə verir

7GUN.az-da yaranmış texniki problemlər tezliklə həll olunacaq

“İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm" -Peyman Sadıqov

Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

Daha bir Azərbaycanlı siyasi mühacir saxlanılıb

ABŞ-ın Bakıdakı səfirliyi amerikalıları ehtiyatlı olmağa çağırıb

Prezidentdən Rusiya, Suriya və İrana xəbərdarlıq

"Diffamasiya cinayət olaraq qalır və bu, onlayn sahəyə də şamil edilib" -ATƏT DTİHB-in hesabatı

Sabiq icra başçısı rayonun abadlaşdırılmasını nədən “ATF” MMC-yə həvalə edib? - KÖRPÜ UÇURAN ŞİRKƏTƏ MİLYONLUQ TENDER

Eldar Nuriyev nazir müavini təyin edildi -SƏRƏNCAM

Nazir Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi -FOTO

Prezident Türkiyənin Ticarət nazirini qəbul etdi

Məktəblərində dəşhətli virus yayılıb: Bu xəstəlik keçicidir

Məhkəmə Cavid Şirəliyevin iddiasını təmin etdi

Ceyhun Həsənovun Çingiz Əhmədovun əməllərindən məlumatı varmı?

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya