Oktay Gülalıyev Yalçın İmanovu təbrik etdi

Şrift : |
Tarix :17-08-2019, 06:40
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    2012- ci ilin 20 aprelində haqqımda Cinayət Məcəlləsinin 220.2- ci maddəsi ilə cinayət işi açıb vəkilsiz (!?) məhkəmə önünə çıxardılar. 3 aylıq həbs qəti- imkan tədbiri seçib gecə ikən Sabirabaddan Şüvəlana etap etdilər. Bir neçə gün sonra yanıma bir nəfər gələrək özünü təqdim etdi. Bildirdi ki, vəkil kimi hüquqlarımı o müdafiə edəcək- Yalçın İmanov. Məlum oldu ki, dostlar mənim müdafiə işimə onu məqbul bilib. Qəbul etdim. Yalçın bəyi yaxından tanımasam da çox qısa vaxtda bir- birimizə isinişdik...

    Bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində yazıb:

    "... Həbsdə olduğum müddətdə məni qanunsuz, saxta ittihamlarla həbs etdiyinə və maraqlı tərəf olduğuna görə Sabirabad RPŞ- yə ifadə vermədim. Mənim bu hərəkətim onların bütün planlarını və keçirməli olduqları istintaq hərəkətlərini pozdu. Məni Sabirabada etap edib hadisə yerinə baxış keçirə, yalançı şahidlərlə üzləşmə və s. hərəkətləri edə bilmədilər. Elə zənn edirdilər ki, bu hərəkətləri etməyə vəkil Yalçın İmanov məni təhrik edir. Yalçın bəy də mənim bu hərəkətlərimi qanuni şəkildə əsaslandırıb müdafiə edirdi. Məsələ ilə bağlı Sabirabad RPŞ dəfələrlə respublika Baş prokurorluğuna, prokurorluq isə Vəkillər Kollegiyasına müraciət edərək Yalçın İmanovun cəzalandırmasını tələb etdilər. Hətta Rüstəm Usubov Kollegiyaya müraciət edərək "destruktiv" fəaliyyətinə görə onun haqqında ciddi tədbir görülməsini istədi. Müstəntiq mənə bildirdi ki sənə görə onu Kollegiyadan çıxara bilərlər. Mən çıxılmaz vəziyyətdə idim. Yalçın bəyə təklif etdim ki, sizə təzyiq etməmək, Vəkillər Kollegiyasından çıxarmamaları üçün mənim müdafiəmdən çəkilə bilərsiniz, mən incimərəm. Amma Yalçın bəy geri çəkilmədi, sona qədər sözün gerçək mənasında qarşı tərəflə vuruşdu. Mənim hüquqlarımı müdafiə etdi. Bəzən müstəntiq və Təcridxananın rəhbərliyi ilə onun mübahisəsi o qədər kəskin olurdu ki, bir neçə dəfə görüş və müzakirələrimiz yarımçıq qalıb. Fikrinin düzgün və qanuni olduğunu sübut etmək üçün Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsinin Təcridxanaya görüş otağına gətirilməsini tələb edib və fikrində haqlı çıxıb. O məni sona qədər müdafiə etdi və sonda böyük ictimai dəstəyin köməyi ilə biz qalib gəldik, mən azad olundum...

    Yalçın bəyin fədakarlığını, mübarizliyini və savadlı vəkil kimi insanların hüquqlarını necə sona qədər müdafiə eləməyini mən digər siyasi məhbusların müdafiə işində də gördüm. Onun bu prinsipiallığına, dönməzliyinə görə təzyiqlər dayanmadı, Vəkillət Kollegiyasından xaric etdilər. Amma onu insanların qəlbindən xaric edə bilmədilər..

    Bu gün o fədakar insanın, etibarlı dostun, cəsarətli vəkilin doğum günüdür. Təbrik edirəm! Arzuladığınız azad, hüquqi cəmiyyətdə yaşamağı arzu edirəm. Bu gün özünə də dedim: Yalçın İmanov kimi dəyərli insanlarla eyni dövrdə, cəmiyyətdə yaşamaq qürurvericidir!"- deyə Oktay Gülalıyev qeyd edib.


Xəbər lenti

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Məhbub Zülfüqarlı Prezident İlham Əliyevə müraciət etdi

“Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür” -Leyla Abdullayeva

Prezident Xalq rəssamını təltif etdi -SƏRƏNCAM

Seymur Həzi 16 fevral mitinqilə bağlı polisə çağırılıb

“Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb -BƏYANAT

MSK Hadı Rəcəblini və Hüseynbala Mirələmovu mandatdan məhrum etdi -QƏRAR

Arlem Dezir jurnalistlərlə bağlı hakimiyyətə çağırış etdi

Azərbaycan hökuməti hər iki fəala 72 min avro ödəməlidir

7GUN.az tezliklə yeni "Sual ver" layihəsinə başlayır -AÇIQLAMA

"24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmət normaldır" -Baş həkim Azər Məmmədov

"Vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib" -Rusiya XİN

“Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir” - Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva

AzTU-nun nümayəndə heyəti Türkiyəyə səfər edib

"Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu" -ABŞ səfirliyi

Seçkilərdə rəqabət mühiti olmayıb -ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidəçiləri

Namizədin ələ alınmasına cəhdlə bağlı beynəlxalq missiyaları məlumatlandırıb

"Oqtay Gülalıyevi artıq ayaq üstə qaldırırlar" -Firuzə Gülalıyeva

Günel Səfərova: "Açıq şəkildə bildirilir ki, YAP-ın namizədi olan yerdə heç kəs deputat seçilə bilməz"

"Görüşə əmr qaydasında büdcə qurumlarının və digər dövlət müəssisələrinin işçilərini yığıblar" -Elçin Həsənzadə

Daha bir deputatlığa namizəd polisə çağırıldı

Manaf Ağayev niyə məntiqsiz və yalan danışır?

"Sabah 11-in yarısı polis rəisinin qəbuluna dəvət ediblər" -Yadigar Sadıqlı

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya