Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Şrift : |
Tarix :21-06-2019, 19:47
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 150 dəfə
Like :
Like :

    Ölkədə təhsil sisteminin durumu acınacaqlı vəziyyətdədir. Mövcud hakimiyyət təhsilin böhrandan çıxarılması üçün əsaslı tədbirləri həyata keçirtmək istəmir və ya buna qadir deyil. Xüsusilə, ümumtəhsil orta məktəblərində məqsədli şəkildə gələcəyimiz üçün savadsız və müasir elmi dünya görüşünə yiyələnməyən kütlə yetişdirilir. Aztəminatlı ailələrin övladları, ümumiyyətlə, normal təhsil almaqdan məhrum olunublar. Təhsil Nazirliyi isə müxtəlif layihələrlə orta və ali təhsilin səviyyəsini bərbad vəziyyətə salıbdır. Masallı rayon Təhsil Şöbəsi də bu mənada bərbad hala düşmüş təhsil sisteminin bir parçasıdır.

    Bu sözləri 7GUN.az saytının rəhbəri, jurnalist Cavid Şirəliyev özünün feysbuk səhifəsində yazıb:

    "Mətbuat Şurasının (MŞ) 19 iyun 2019-cu il tarixdə Şikayətlər üzrə Kommisiyasının iclasında Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun 7GUN.az saytı ilə bağlı şikayəti araşdırılıb. Şikayət “Nazir müavininin cənub bölgəsinə işgüzar səfəri və onun görmək istəmədiyi gerçəklər” başlıqlı məqaləyə görə verilmişdir. Kommisiyanın iclasında qeyd olunmuşdur ki, məqalə hazırlanarkən redaksiya “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”ının prinsiplərini pozub. Güya anonim mənbələr əsasında hazırlanan yazıda əks etdirilən faktlar araşdırılmayıb, qarşı tərəfin rəyi öyrənilməyib.

    Mətbuat Şurasının nəzərinə çatdırırıq ki, sözügedən məqalədə əsasən Qəriblər kənd tam orta məktəbin direktoru Şərafət Əliyevin qanunsuz əməlləri barədə məlumatlar öz əksini tapıb. 7GUN.az saytında “Qəriblər kənd tam orta məktəbin gizlinləri” başlıqlı məqalədə gündəmə çıxarılan problemlər barəsində hətta Təhsil Nazirliyinin rəhbərliyinin də məlumatlı olmasına baxmayaraq, heç bir tədbir görülməmişdir. Belə ki, Masallı rayon Təhsil Şobəsinin 03 iyul 2015-ci il tarixli 105/1 saylı məktubunda göstərilir ki, Qəriblər kənd tam orta məktəbində fizika müəllimi işləmiş Əliyev Fürsənd Şərafət oğlu 01 noyabr 2011-ci il tarixdə ərizəsinə əsasən məktəbin müəllimliyindən azad edilmişdir. Bu faktı məktəbin direktoru Şərafət Əliyev 16 fevral 2019-ci il tarixdə redaksiyamızın elektron poçtuna göndərdiyi təkzib məktubunda da qeyd etmiş və yazmışdır ki, göstərilən tarixdən oğlu Fürsənd Əliyev ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və işləyir.

    Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

























    Lakin Masalll rayon Təhsil Şöbəsinin Dövlət Sosial Müdafiə Fonduna göndərdiyi (uçot nömrəsi 93510000103) 0102 kodlu Məcburi Dövlət Sosial Sığortası haqqında məlumat bankında Əliyev Fürsənd Şərafət oğlunun adına 2011-cil ildən 2014-cü ilə kimi əmək haqqından tutulan məcburi dövlət sosial sığortasının köçürülməsi barədə məlumatlar vardır. Əgər Fürsənd Əliyev Masallı rayonunun ümumitəhsil orta məktəblərinin birində işləməmimişdirsə, Bakı şəhərində yaşadığı halda onun adına məcburi dövlət sosial sığorta pulu necə köçürülüb? Məqalədə göstərilmişdir ki, Fürsənd Əliyev 2011-ci ilin noyabr ayında Bskı şəhərində ysşadığı halda onun adı Qəriblər kəndinin qonşuluğunda yerləşən Şıxlar kənd natamam orta məktəbində fizika müəllimi kimi qeydiyyata alınmışdır. Təhsil Nazirliyinin rəhbərliyi və Masallı rayon Təhsil Şöbəsi bu fakt barədə açıqlama verməmişdir. 7GUN.az-da dərc edilmiş “Nazir müavininin cənub bölgəsinə işgüzar səfəri və onun görmək istəmədiyi gerçəklər” başlıqlı məqalə məhz bu problemlə bağlı yazılmışdır. Ölkədə təhsil sistemində olan bu tipli qanunsuzluqlara aidiyyatı dövlət qurumları münasibət göstərmir və bu sahədə araşdırmalar aparan müstəqil mətbuat orqanlarının susdurulması üçün Mətbuat Şurasından istifadə edilir"- deyə Cavid Şirəliyev qeyd edib.


Xəbər lenti

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna vəzifə verdi

Almaniya və Azərbaycan arasında siyasi məsləhətləşmələr olacaq

Gəncədə saxlanılmış etiraz iştirakçıların azad ediliblər

Mayın 13-də heç bir şey imzalanmayacaq

Azad Həsənovun işi üzrə məhkəmədə

Gəncədə etiraz aksiyası keçirilib

Jurnalist Əfqan Muxtarlının səhhəti pisləşib

Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!