Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Şrift : |
Tarix :14-12-2018, 23:17
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 617 dəfə
Like :
Like :

    Dekabrın 14-də Bakı Apelyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin 2500 manat cərimələnməsi barədə Səbail Rayon Məhkəməsinin çıxardığı qərarından verilmiş şikayətə baxılıb.

    Əli Kərimlinin özünün iştirakı olmadan keçirilən məhkəmədə onu vəkil Fuad Ağayev təmsil edib.

    Vəkil noyabrın 17-də Ə.Kərimli saxlandığı gün həmin ərazidəki müşahidə kameralarının qeydə aldığı görüntülərə baxış keçirilməsi barədə vəsatət qaldırıb.

    F.Ağayev bildirib ki, əgər görüntülər araşdırılsa, Ə.Kərimlinin, yoxsa onun inzibati xətaya yol verdiyini iddia edən polisin haqlı olduğu aydınlaşacaq. Bu baxımdan, videogörüntülərə baxış keçirilməsi mütləqdir.

    Hakim vəsatəti təmin etməyib.

    Əli Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1 (yığıncaq, mitinq, nümayiş, küçə yürüşləri və piketlərin təşkilinin, keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulması) maddəsilə təqsirli bilinərək, cərimələnib.

    F.Ağayev isə məhkəmədə bildirib ki, bu ittiham əsassızdır, həqiqəti əks etdirmir. Çünki həmin gün Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və cəbhəçilər yürüş keçirməyib, onlar Milli Dirçəliş Gününün 30 illiyilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib, onların məzarı üstünə gül qoymaq istəyiblər.

    Vəkil Səbail Rayon Məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu bildirib və onun ləğv olunmasını istəyib.

    Hakim Qədim Babayev isə qərarı qüvvədə saxlayıb.

    Ə.Kərimli özü də Səbail Rayon Məhkəməsində bu məsələyə baxılarkən demişdi ki, onlar həmin gün siyasi aksiya, yürüş yox, anım mərasimi keçiriblər: "Bu barədə öncədən "Facebook” səhifəmdə də yazmışdım ki, Şəhidlər Xiyabanını ziyarət edəcəyik. 1988-ci ildə - mən hələ tələbə idim - biz Meydan hərəkatını başlatdıq, Azadlıq meydanını Kommunist Partiyasından aldıq. Həmin gün başlayan hərəkat Azərbaycanın dövlət müstəqilliyinə, indi bu zalda olan üçrəngli bayrağın yenidən dalğalanmasına gətirib çıxardı. Biz ona görə məhz həmin gün bu ölkənin müstəqilliyi uğrunda canından keçən adamların ziyarətinə getmək qərarı verdik”.

    7GUN.az-ın məlumatına görə AXCP mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından sonra növbəti hüquqi addım Avropa Məhkəməsinə müraciət etmək olacaq.


Xəbər lenti

Oktay Gülalıyev Yalçın İmanovu təbrik etdi

“Nəzrə almağınızı xahiş edirik”

Baş Prokurorluq Polad Aslanovun şikayətini araşdırır

Oktay Gülalıyev: "Bu “mübarizə” bumeranq təsiri yaradır…"

Beyləqanda Suvarma Sistemləri İdarəsi özəl mülkə çevrilib? – Ölü canlar, satılan qoyunlar, daha nələr…

Ombudsman aparatının nümayəndələri təcridxanada aclıq edən jurnalistlə görüşüb- AÇIQLAMA

Knut OlavAmos: “Regionda mətbuat azadlığı sahəsində vəziyyət o qədər acınacaqlıdır ki...”

Məhkəmə zalında olan Penitensiar Xidmətin əməkdaşları gözyaşardıcı qazdan istifadə etdilər -VİDEO

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!