"Rövşən Rzayev Əli Həsənovdan bir çömçə artıq olub"- Şikayətçi

Şrift : |
Tarix :27-11-2018, 02:02
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 525 dəfə
Like :
Like :

    Vətəndaş "Qacqınkom" şefini korrupsiyada ittiham edir.

    Bildiyiniz kimi son günlər ölkə gündəmində Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına ayrılan pullardan, eləcə də onun mənzil tikintisindən ümumilikdə 2 milyard manat vasait "yoxa çıxardığı”na dair məlumatlar yazılır. Ehtimal edilir ki, bu məlumatlar sözügedən Komitəyə sədr təyin edilmiş Rövşən Rzayev tərəfindən mətbuata qəsdən çıxarılır və məqsədli şəkildə eks Komitə sədrinin sorğu-suala çəkilməsinə hesablanıb. Bəs yeni sədr özü nə ilə məşğuldur və ya qaçqın və məcburi köçkünlərə hansı diqqət və qayğını göstərir...?

    Redaksiyamıza daxil olmuş məlumata əsasən Rövşən Rzayevin ətrafında olan şəxslər köhnə ənənəyə sadiq qalaraq mənzillə təmin edilməli olan şəxsləri “açıq bazar”a dəvət edirlər. İmkanı olanlar “haqqı” verib alır, olmayanlar da üz tutur ölkə başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ünvanına ki, onlara müvafiq köməklik göstərilsin. Nə vaxta qədər ölkədə müvafiq “Fərman və Qanunlar” rüşvət müqabilində işləyəcək, bunu söyləmək çox çətindir, amma hazırki şikayətdə olan durum belədir...

    Mən, Səfərov Elşən Allahverdi oğlu 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün düşmüşəm, 25 il ərzində ilk dəfə olaraq yeni mənzillə təmin ediləcəyimizlə bağlı müjdə aldım və ailə üzvlərimizlə həmin günü bayram olaraq qarşıladıq. Amma 3 gün sonra çox pərt və sarsılmış duruma düşdük. Sən demə yeni mənzilə köçürülməyimizlə bağlı “Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi”nin Binəqədi rayonu üzrə sektor müdiri Tağıyev İlqar Ağamalı oğluna yeni mənzilə köçürülmək üçün 5-10 min manat civarında rüşvət verilməli imiş. Mən və valideynim ona gücümüz çatan 1000 manatı təklif etdikdə o, bizə bildirdi ki, “həmin məbləğ çox azdır, özünüzü boşuna əziyyətə salmayın”. İlqar Tağıyevin birmənalı olan şifahi rədd cavabından sonra məcburiyyət qarşısında Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi olaraq şikayət ünvanlamışıq. Amma hələ ki, müraciət ünvanladığımız orqan bu barədə araşdırma apararaq müvafiq qərar qəbul etməyib.

    Bakı şəhəri, Dərnəgül qəsəbəsi, S. Bəhlulzadə küçəsi 23, bina 3, mənzil 130 ünvanında I qrup əlil qardaşım, həyat yoldaşım və 2 qız övladımla qəza şəraitində olan binada yaşayırıq. Keçən il Fövqəladə Hallar Nazirliyinin apardığı müşahidələrdə müəyyən olunub ki, bina ciddi qəzalı vəziyyətdədir, sakinlər təcili olaraq köçürülməlidir. Komitə sədri özü də yaşadığımız qəzalı binaya gələrək vəziyyətlə əyani tanış oldu, hətta bizimlə şəkillər də çəkdirdi. Bundan sonra yaşadığımız binanın sakinləri Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Qobu Park” yaşayış kompleksinə köçürülməyə başlayıb. Bu günə qədər yaşadığımız binadan 91 ailədən bir neçəsi istisna olmaqla qalanları yeni mənzillərə köçürülüb. Mənə isə mənzil verilməməyin bəhanəsi bu cür qeyd olunub ki, siz növbəti komissiyada iştirak etməmisiniz. Doğrudur, növbəti komissiya vaxtı mən I qrup əlil qardaşımı İran İslam Respublikasına müalicə məqsədilə aparməşam. Amma bu komissiyanın müşahidə aparmasına əngəl ola bilməzdi. Çünki mənim ailə üzvlərim daimi olaraq göstərilən ünvanda yaşayırlar, digər tərəfdən binanın qəzalı olması hər kəs kimi bizim də həyatı təhlükəmizi artırır. Əminliklə deyirəm ki, şifahi və formal olaraq edilmiş imtinaya səbəb yalnız tələb olunan rüşvətin ünvanına çatdırılmamasıdır. Məhz bu səbəbdən biz bir neçə ailə olaraq qəzalı binada yaşamağa məcbur olmuşuq.

    14 avqust 2018-ci il tarixdə komitə sədri Rövşən Rzayevin qəbulunda olaraq problemləri bildirsəm də, müsbət nəticə əldə edə bilməmişəm. Hansı ki, R. Rzayev problemlərin araşdırılaraq köməklik göstərəcəyini mənə vəd etmişdi. Görünür ki, Rövşən Rzayev də eks Komitə sədri Əli Həsənovun “ənənə”sini davam etdirir və kifayət qədər korrupsiya hüquq pozmalarına rəvac verir. Bu cür ittihamı əbəs yerə səsləndirmirəm. Belə ki, yaşadığımız qəzalı binada 91 qaçqın və məcburi köçkün ailəsi məskunlaşmış olsa da, siyahı üzrə həmin binadan 130-dan çox ailə “Qobu Park” yaşayış kompleksində mənzillə təmin edilib. Bu da o deməkdir ki, böyük məbləğdə pul müqabilində çoxlu sayda ailənin adı qəzalı binada qeydiyyata alınmaqla oradan köçürülmə təmin edilib. Yəni hesab edirəm ki, mənim haqqım başqalarına satılıb... Mən isə uşaqlığımdan məskunlaşdığım binada qalmağa məcbur olmuşam.

    Baş vermiş ayrıseçkiliyin bir adı var, o da ki, ədalətsizlik! Bu cür ədalətsiz davranışı heç bir halda Komitə sədri Rövşən Rzayevə yaraşdırmıram, ən azından o uzun müddət Azərbaycan Respublikasının Ali Qanunverici orqanında millət vəkili olaraq çalışmış, xalqın mənafeyindən çıxışlar etmişdir. Bu cür təqdirdə o mənim, ailə üzvlərimin mövcud durumunu düzgün anlamalı və Qanunlara hörmətlə yanaşmalı idi. Media vasitəsilə ölkə Prezidenti Cənab İham Əliyevdən xahişim budur ki, yaşadığımız qəzalı binada yeni faciələr baş vermədən Rövşən Rzayevə öz tapşırıqlarını versin. Cənab Prezident ona tapşırıq versin ki, “Rövşən Rzayev Əli Həsənovdan bir çömçə artıq olub, dövlətə və vətəndaşlara yersiz problemlər yaşatmasın".
    "Rövşən Rzayev Əli Həsənovdan bir çömçə artıq olub"-









    7GUN.az


Xəbər lenti

Oktay Gülalıyev Yalçın İmanovu təbrik etdi

“Nəzrə almağınızı xahiş edirik”

Baş Prokurorluq Polad Aslanovun şikayətini araşdırır

Oktay Gülalıyev: "Bu “mübarizə” bumeranq təsiri yaradır…"

Beyləqanda Suvarma Sistemləri İdarəsi özəl mülkə çevrilib? – Ölü canlar, satılan qoyunlar, daha nələr…

Ombudsman aparatının nümayəndələri təcridxanada aclıq edən jurnalistlə görüşüb- AÇIQLAMA

Knut OlavAmos: “Regionda mətbuat azadlığı sahəsində vəziyyət o qədər acınacaqlıdır ki...”

Məhkəmə zalında olan Penitensiar Xidmətin əməkdaşları gözyaşardıcı qazdan istifadə etdilər -VİDEO

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!