Oktay Gülalıyev: "Mirmahmud Mirəlioğlu indi də gücünü qadınlara göstərir…"

Şrift : |
Tarix :26-08-2019, 19:31
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 174 dəfə
Like :
Like :

    Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) avqust ayının 26-da keçirdiyi Ali Məclisin iclasında Mirmahmud Mirəlioğlunun fəaliyyətini tənqid etdiyi üçün Mirəlioğlunun bir qrup tərəfdarı tərəfindən döyülmək təhlükəsi ilə üz-üzə qalan KXCP -nin xanım üzvü Nisəxanım Vəliyevanın başına gələnlər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. 7GUN.az xəbər verir ki, sosial şəbəkələrdə hadisəyə münasibət bildirən insanlar xanıma hücumu siyasi əxlaqsızlıq adlandıraraq, Mirəlioğlunu qınayıblar. Tanınmış ictimai fəallar Mirəlioğlunun zaman-zaman Əbülfəz Elçibəyin adından sui-istifadə etdiyini deyib, onu qınayan yazılarla məsələyə münasibət bildiriblər.

    Tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev öz feysbuk səhifəsində baş verən hadisəyə münasibət bildirib. 7GUN.az Oktay Gülalıyevin həmin yazısını olduğu kimi təqdim edir:

    "KXCP- nin dünənki Ali Məclisin sesiyasına Mirmahmud Mirəlioğlunun gətirdiyi adamlar Ali Məclis üzvü Nisəxanım Veliyevanı təhqir ediblər, vurmaq üçün ona hücum çəkiblər (!?). Mirəlioğlu isə tərəfdarlarının cəbhəçi xanıma hücümünu məmnunluqla seyr edərək susub. Sədrə və ona hücum edənlərə sözünü deyən xanım məclisi tərk edib…

    Maraqlıdır ki, Nisəxanım Vəliyevanı cəzalandırmaq üçün Mirəlioğlunun Ali Məclisin sessiyasına dəvət etdiyi adamlardan biri (hücuma rəhbərlik edən- red.) nəinki Ali Məclisin, heç partiyanın da üzvü deyil. Xeyli vaxtdır ki, Mirəlioğlunu və KXCP- ni təhqir edərək təşkilatdan gedib.

    Vəliyeva xeyli vaxtdır Mirəlioğlunun yarıtmaz, partiyaya və xalqa zidd faliyyətini, hakimiyyətlə əməkdaşlığını kəskin tənqid edir. Dünənki Ali Məclisdə insidentin baş verməsinin səbəbi də bu olub… Görün, Mirəlioğlu nə günə qalıb ki, onu tənqid edənlərə cavab verməyə üzü yoxdur, cəsarəti çatmır. Digər tərəfdən nə günə qalıb ki, vaxtı ilə onu təhqir edən adamla ittifaqa girib xanımların üstünə hücum çəkir…

    Qurban Məmmədovun efirinə çıxan Mirmahmud Mirəlioğlu Azərbaycan xanımlarına müraciət edərək onları birliyə çağırır (!?). Amma partiyasının Ali Məclisinin üzvü xanımı təhqir etdirib onu döydürmək istəyir. Mən qeyri- səmimiliyin bu həddini, zirvəsini görməmişdim. Sonra da heç nə olmamış kimi çıxıb “Elçibəy mənəvi atamdır” deyib Elçibəyçilikdən, demokratiyadan, qadın hüquqlarından danışacaq. Hələ üstəlik “anam, bacım” deyib xanımlara müraciət edəcək (!?)”

    “Mən Nisəxanımı müdafiə edirəm, hər kəsi də onu müdafiə etməyə çağırıram” – deyən Oqtay Gülalıyev qeyd edib ki, Nisəxanım Vəliyeva Mirəlioğlundan fərqli olaraq yalançı Elçibəyçilik etməyib:

    “Mən Nisəxanım Vəliyevanı Mirəlioğlundan daha əqidəli, etibarlı, dürüst və təmiz adam hesab edirəm. O, seyiddən fərqli olaraq yalançı Elçibəyçilik etməyib. Allahşükür Paşazadəni, Rauf Arifoğlunu təbrik edib onlara sığınmayıb. Əli Həsənovla dialoq oynunda iştirak etməyib. Bir mandata görə min oyun qurmayıb. Elçibəyin təşkilatını dağıdıb ona dönük çıxmayıb. Xalqın marağını öz şəxsi marağına satmayıb. Və ən əsası dostlarına arxadan zərbə vurmayıb. Qadın olmasına baxmayaraq həmişə öz sözünü deyib, kiminsə arxasında gizlənməyib…

    Mən Nisəxanımı müdafiə edirəm, hər kəsi də onu müdafiə etməyə çağırıram. O, səmimiyyətini, əqidəsini itirmiş 100- lərlə bivec kişidən daha ləyaqətlidir KİŞİ qeyrətlidir!"- Oktay Gülalıyev bildirib.


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!