Cavid Qurbanovun “Topaz” triosu

Şrift : |
Tarix :22-04-2019, 02:52
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 397 dəfə
Like :
Like :

    “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanovun “Topaz” qumarına girişməsi haqda məlumatlar ortaya ciddi məqamlar çıxarıb

    Deputat və QSC sədri C.Qurbanov faktların üstünün açılmasından narahat olub.

    Bildirilir ki, C.Qurbanova məxsus olduğu deyilən “Baltech Investment LLC”-nin “Turksel” şirkətinin səhmlərini alması və “Topaz”da pay sahibi olması gizlədilməyə çalışılır.

    Amma media məsələni tirajlayıb və C.Qurbanovun maliyyə məsələləri üzrə müavini Vüsal Aslanovla köməkçisi Vəsilə Abdulovanın “Topaz” biznesinin əsas idarəçiləri olduğunun üzə çıxması aləmi qarışdırıb.

    Əslində, onlar dəmiryolçudurlar, vəzifələri nəqliyyatla məşğul olmaqdır, amma futbol mərcinə girişiblər.

    Xanım Abdulova “Baltech Investment LLC”-nin “Turksel” şirkətinin səhmlərini almasından sonra şirkətin mərc yarışlarında maliyyə işləri ilə məşğuldur.

    Halbuki, məmurlara bizneslə məşğul olmaq qadağandır. Sadəcə, onlar qeyri-rəsmi şəkildə bu işlərə kuratorluq edirlər. Təbii ki, milyonlar qazanırlar.
    Lakin iddialar barədə nə C.Qurbanov, nə V.Aslanov, nə də V.Abdulova açıqlama veriblər, təkzib ediblər.

    Əksinə, media emissarlarının əli ilə məsələləri ört-basdır etməyə cəhd göstərdikləri iddia edilir. Halbuki, özləri açıqlama verə bilərdilər. C.Qurbanov istəmir ki, adı hallansın.

    V.Abdulova sıradan xanım deyilmiş. O, “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə rəisinin müavini olmaqla yanaşı Voleybol Federasiyasının maliyyə məsələləri üzrə vitse-prezidenti imiş.

    Vəsilə xanım “Azərreyl” voleybol klubuna da baş mühasib gətirilmişdi. Bu etimad və onun maliyyə işlərində səriştəli olması “Topaz”a qədər irəliləməsinə səbəb olub.

    Bu haqda reportyor.info yazıb. Elə bunun nəticəsidir ki, 2016-cı ilə qədər Əhmədlidə kirayədə yaşayan V.Abdulovanın hazırda Bakının mərkəzində, Fəhlə prospektində dəyəri 1 milyondan artıq villası var. Bundan başqa, Mərdəkanda, Nardaranda, Bilgəhdə bağ evləri göz qamaşdırır.
    Onun şəhərin bahalı yerlərində yeni tikilən binalardan evlər aldığı da iddia olunur. Türkiyədə isə 4 otaqlı evinin olduğu bildirilir.

    Hətta məşhur veteran voleybol məşqçisi Faiq Qarayevlə Türkiyədə şərikli bizneslərinin olması haqda xəbərlər var. Abdulovanın son 3 ildə yaranmış avtomobil qarajı da xüsusi maraq doğurur.

    Dəmiryolçu xanımın qarajında “022 Range Rover”, “022 Lexus”, “011 Hyundai”, “BMW 5” və “Pajero Jeep” markalı avtomobil kolleksiyası var. Bütün bu daşınar və daşınmaz sərvəti Vəsilə xanım son 3 ildə əldə edib.

    Cahan.info xəbər verir ki, Abdulova “Topaz” qumarı ilə böyük kapital əldə etmək fikrindədir. Maraqlıdır ki, “Topaz” qumarına əsas kuratorluğu QSC-nin müavini Vüsal Aslanov edir.

    V.Aslanov dəmiryol idarəsində rəis müavini olmaqla bərabər, “Azərinteltek” QSC-nin idarə heyəti üzvüdür. Bu məsələdə onun müavini V.Abdulova isə əsas köməkçisidir.

    Maraqlıdır ki, Aslanovla Abdulovanın tanışlığı “Azərinşaatservis” MMC-dən başlayır. Aslanov hüquq müşaviri vəzifəsində, Abdulova isə maliyyə mütəxəssisi işləyiblər.

    V.Aslanovun adı müxtəlif maxinasiyalarda hallanıb. Mətbuat yazır ki, ona kimsə bata bilməyib. Çünki rəisin oğlu ilə dost olduğunnu deməklə qorumağa müvəffəq olub.

    Azərbaycan mətbuatı isə yazır ki, “Baltech Investment LLC” şirkətinin təsisçisi Türkiyə vətəndaşı, “Azərinşaatservis” MMC-nin keçmiş rəhbəri, məlum “Beynəlxal Bank işi”ndə adı hallanan və 250 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Bülent Karanidir.

    Həmin B.Karani ki, 2012-ci ildə Azərbaycandan qaçıb və onun adı elə həmin il “Panama Papers” sənədlərində də öz əksini tapıb. Hansı ki, onun “Baltech Investment LLC” şirkəti vasitəsilə Azərbaycandan ofşor zonalara külli miqdarda vəsait çıxardığı iddia olunur.

    Hətta Cavid Qurbanovun da qeyri-rəsmi olaraq rəhbərlik etdiyi bu şirkət vasitəsilə ölkədən milyonlarla dollar çıxardığı vurğulanır…

    Belə bir informasiya da var ki, əslində “Azərinteltek” QSC-nin “Turkcell” şirkətinə məxus olan 51 faizlik səhminin alınması təşəbbüsü də məhz Bülent Karanidən gəlib.

    O, Cavid Qurbanovu inandırıb ki, “TOPAZ”a tam nəzarət etməklə, daha böyük gəlir əldə etmək olar. Nəticədə C.Qurbanov alqı-satqı işinə razılıq verib.

    Yeri gəlmişkən, C.Qurbanovun adı “Panama Papers” sənədlərinə düşən “Baltech Investment LLC”-nin ona məxsus olmadığını iddia etməsi tamamilə anlaşılandır. Elə biz də bu şirkətin rəsmi olaraq C.Qurbanova aid olduğunu iddia etmirik.

    Amma bu şirkətin təsisçisi, “Azərinşaatservis” MMC-nin keçmiş rəhbəri Bülent Karaninin Cavid müəllimlə biznes ortağı olduğu hakimiyyətdə çoxlarına bəllidir.

    Üstəlik, onun oktyabr ayında – “Türkcell” şirkəti ilə məlum alqı-satqı anlaşmasından öncə Karani ilə görüşdüyü haqda informasiyalar da var…
    Hazırda “TOPAZ”ın 75 faizlik hissəsini qeyri-rəsmi olaraq Vüsal Məmmədovun idarə etdiyi bildirilir.

    Soruşa bilərsiniz ki, bəs, bu Vüsal Məmmədov kimdir və onun Cavid Qurbanovla nə kimi yaxınlığı var? Və yaxud çoxları düşünə bilər ki, yəqin söhbət “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini olan Vüsal Məmmədovdan gedir. Xeyr!

    Cahan.info suveren.az-a istinadla yazır ki, söhbət qumar sahəsində ixtisaslaşmış “Unibet” şirkətinin rəhbəri olan Vüsal Məmmədovdan gedir. İddia olunur ki, C.Qurbanov “TOPAZ”dakı payının idarəçiliyini məhz ona həvalə edib.

    Azərbaycanın idman mərc oyunlarının təşkilinə 8 ilə yaxındır investisiya yatıran “Turkcell” şirkəti bir müddət əvvəl “Azerinteltek”dəki payını satışa çıxarıb.

    Türkiyənin xəbər saytları yazır ki, artıq şirkət öz payını “Baltech Investment LLC”-yə satıb. Hətta, nüfuzlu haberler.com portalı “Turkcell” şirkətinə istinadən “Azerinteltek”dəki paylarının satışı haqqında açıqlama verib.

    “Turkcell” İnternet Texnologiya İnvestisiya və Məsləhətçilik Ticarət (İnteltek) şirkətində 55 faiz paya malik olub. “Azerinteltek”də sahib olduğu 51.000 AZN nominal dəyərdəki paylarının hamısını satışını həyata keçirib.

    Şirkət səhimlərini “Azerinteltek”də yüzdə 24,5 faiz paya malik olan “Baltech Investment LLC”-yə 19 milyon 530 min 177 avroya satıb. Hazırda satış alqı-satqısı ilə bağlı müqavilə üçün danışıqlar gedir, ətraflı ictimayyətə məlumat veriləcək”, – deyə, şirkətdən bildirilib.

    Məlum alqı-satqı anlaşmasınadək “TOPAZ”ın səhmlərinin 51 faizi “Turkcell” şirkətinə, 24,5 “Baltech Investment LLC”-yə, qalan 24,5 faizi isə “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub.

    “Turkcell”in Azərbaycanın idman mərc oyunlarının təşkilindən imtina etməsinin səbəbləri hələ bəlli olmasa da, görünən odur ki, 19,5 milyon avroluq alqı-satqı müqaviləsi şirkətin maraq dairəsində olub.

    “Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib.

    “Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.

    Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq. //Azerbaycanrealligi.com//


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!