Repressiyalar ictimaiyyətin haqlı narazılığına səbəb olur-Bəyanat

Şrift : |
Tarix :17-04-2019, 01:14
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 1 223 dəfə
Like :
Like :

    7GUN.az xəbər verir ki, Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) son həbslər və işgəncələrlə bağlı bəyanat yayıb.
    Bəyanatda deyilir:


    “Son vaxtlar hakimiyyətin repressiv siyasətinin davamı olaraq ictimai-siyasi fəalların şərlənib həbs olunması, təqib və təzyiqlərə, işgəncələrə məruz qalması halları genişlənməkdədir. Bir tərəfdən “məhkəmə-hüquq sistemində dərinləşmə islahatları”nın aparılmasından bəhs edilir, digər tərəfdən isə əməli olaraq əks hərəkətlər təkrarlanır. 10 iyul 2018- ci il Gəncə hadisələri və Tərtərdə hərbiçilərlə bağlı açılmış cinayət işlərində yol verilmiş qanunsuzluq və işgəncə halları, ictimai fəallara qarşı aparılan repressiyalar ictimaiyyətin haqlı narazılığına səbəb olur.

    Son 1 ay ərzində onlarla ictimai fəal- “heykəl məhbusu” Bayram Məmmədov, Tofiq Məmmədov, Qaraçuxur sakini Ruslan Cumayev, Aqil Hümbətov, AXCP üzvləri- Nicat Abdullazadə, Nicat Nizamov, Yalçın Abdullayev, Paşa Umudov, Saqif Qurbanov və digərləri inzibati qaydada qanunsuz həbslərə məruz qalmış, ictimai fəallar- Qiyas İbrahimov, Gülnarə Rahimova, Fatimə Mövlamlı, jurnalist Sevinc Sadıqova dəfələrlə əsassız olaraq saxlanılaraq polis bölmələrinə aparılıblar. Həmin şəxslərin əksəriyyəti polis bölmələrində və saxlanma yerlərində zorakalığa, insan ləyaqətini alçaldan münasibətə məruz qalıblar.

    SMMM-nin üzvlərinin 10 iyul 2018- ci il Gəncədə baş vermiş məlum hadisələrlə bağlı Sabunçu rayon məhkəməsində iştirakı və digər apardıqları araşdırmalar zamanı məlum olmuşdur ki, hadisələr zamanı həbs olunmuş şəxslər birmənalı şəkildə ən ağır işgəncələrə və qeyri-insani münasibətə məruz qalıblar. Eyni zamanda onların əməllərinə adekvat olmayan, Azərbaycan Respublikası qanunvericiliyinə zidd olacaq ittihamlar verilmiş və prosessual hərəkətlər düzgün icra edilməmişdir. Belə ki, cinayət hadisəsinin iştirakçısı (təşkilatçı, təhrikçi, əlbir və s.) olmadıqları halda onların barəsində eyni maddələrlə ittihamlar verilmiş, müstəqil vəkil müdafiəsindən məhrum olunmuş, ailə üzvləri və yaxınları ilə əlaqələri uzun müddət tamamilə kəsilmişdir. Təəssüflə qeyd olunmalıdır ki, ibtidai istintaq dövründə yol verilən pozuntular hazırda “Gəncə işi” ilə bağlı keçirilən məhkəmədə də təkrarlanır. Hakimlər və dövlət ittihamçıları nəyin bahasına olursa olsun ittiham aktını təsdiq etməyə çalışırlar. Bu isə təqsirləndirilən şəxslərin, onların vəkillərinin və valideynlərinin haqlı narazılığına səbəb olur.

    Məhkəmə prosesinin ən vacib və dəhşətli səhnələrindən biri təqsirləndirilən şəxslərin həbs olunan zaman Gəncə polisində və Bakıda "bandotdel"- də məruz qaldıqları ağır işgəncə hallarını bildirərəkən hakimlərin və dövlət ittihamçılarının verdiyi reaksiyadır. Belə ki, təqsirləndirilən şəxslər onlara verilən ağır işgəncələrdən danışarkən hakimlər onların danışığını dayandırmağa, başqa səmtə yönəltməyə, özlərini heç nə eşitmirmiş kimi aparmağa və işgəncə hallarını ört- basdır etməyə çalışırlar. Hətta işgəncəyə məruz qalan Rauf Bayramov adlı təqsirləndirilən şəxs 9 ay ötməsinə baxmayaraq bədənində işgəncənin izlərini göstərmək istəyəndə hakim buna imkan verməyərək hadisənin üzərində sükutla keçib. Demək olar ki, bütün təqsirləndirilən şəxslər öz ifadələrində ağır və dəhşətli işgəncələrə, qeyri- insani münasibətlərə məruz qaldıqlarını bildiriblər. Amma çox dəhşətli və acınacaqlı haldır ki, bu faktları hakimlər və ittihamçılar görməməzlikdən gəlirlər.

    Çox maraqlıdır ki, ittiham tərəfi məhkəməyə təqsirləndirilən şəxslərdən istintaq zamanı işgəncə ilə alınmış etirafedici ifadələrdən və yalançı şahid ifadələrindən başqa hər hansı dəlil, sübut təqdim etmir. Dəfələrlə vəsatət verilsə də şəhər kamerasının görüntüləri məhkəmədə nümayiş olunmur.

    Təəssüflə qeyd olunmalıdır ki, 2017- ci ildə Tərtərdə bir qrup hərbiçinin məmmalı qətli və kütləvi həbsi ilə nəticələnən hadisələrlə bağlı keçirilən məhkəmə prosesi də çoxsaylı qanun pozuntuları ilə müşayət olunur. Qapalı keçirilən həmin məhkəmə proseslərində də işgəncə nəticəsində alınmış ifadələr əsas götürülür, ittiham tərəfindən məhkəməyə ciddi dəlil və sübutlar təqdim olunmur. Hərbiçilərin məruz qaldığı dəhşətli və amansız işgəncələrin araşdırılması istiqamətində heç bir addım atılmır və s.

    Siyasi Məhbusları Müdafiə Mərkəzi hesab edir ki, respublika baş prokurorluğu başda olmaqla aidiyyatı qurumlar insanların qanunsuz həbs olunması, qətlə yetirilməsi, təzyiq və təqiblərə, ağır işgəncələrə məruz qalması hallarına ciddi reaksiya verməli, müvafiq addımlar atmalıdır. SMMM yol verilmiş qanunsuzluqların aradan qaldırılmasını, mühakimələrin və məhkəmələrin ədalətli aparılmasını, həbsdə olan bütün siyasi məhbusların qeyd- şərtsiz azadlığa buraxılmasını tələb edir”.


Xəbər lenti

Oktay Gülalıyev Yalçın İmanovu təbrik etdi

“Nəzrə almağınızı xahiş edirik”

Baş Prokurorluq Polad Aslanovun şikayətini araşdırır

Oktay Gülalıyev: "Bu “mübarizə” bumeranq təsiri yaradır…"

Beyləqanda Suvarma Sistemləri İdarəsi özəl mülkə çevrilib? – Ölü canlar, satılan qoyunlar, daha nələr…

Ombudsman aparatının nümayəndələri təcridxanada aclıq edən jurnalistlə görüşüb- AÇIQLAMA

Knut OlavAmos: “Regionda mətbuat azadlığı sahəsində vəziyyət o qədər acınacaqlıdır ki...”

Məhkəmə zalında olan Penitensiar Xidmətin əməkdaşları gözyaşardıcı qazdan istifadə etdilər -VİDEO

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!