Daha bir məmurun var-dövlətinin siyahısı yayıldı

Şrift : |
Tarix :25-03-2019, 19:40
Bölmə : Gündəm
Kömək :    
Like :
Like :

    Son vaxtlar mediada ayrı-ayrı məmurların sahib olduqları biznes, daşınmaz əmlak, dəyəri milyonlarla ölçülən var-dövlət haqqında informasiyalar dərc olunur. Onların arasında deputatlar da var.

    Ölkə qanunvericiliyinə görə millət vəkilinin və vəzifəli şəxslərin bizneslə məşğul olması birbaşa qadağan olunur. Həmçinin, bu siyahısı yayılan məmurların həmin var-dövlətə yalnız uğurlu biznes sayəsində nail olduqlarını söyləmək belə gülüncdür, nəinki iddia etmək.

    Ən azından bunu vəzifədən azad olunan nazirlər, məmurlar haqqında sonradan açıqlan cinayət işlərində görürük. Dövlət büdcəsindən vəsaitlərin necə talanması haqda bu cinayət işlərində onlarla faktlar mövcuddur.

    Və media həmin məmurlarların korrupsiya əməlləri barədə vaxtilə informasiyalar yaysa da, bu işlə məşğul olmalı olan aiduiyyatlı dövlət qurumları heç bir hərəkət etmirdi.

    İndi də eyni vəziyyətdir. Ölkə parlamentinin sədrindən tutmuş hansısa ASC sədrinin müavininə kimi bir çox məmurun dəyəri milyonlarla ölçülən sərvəti haqda siyahılar yayılır…

    ASC demişkən… “Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayevin də sərvətlərinin siyahısı yayılıb. Bu sərvətlərə alın və beyin təri ilə sahib olduğunu düşünmək istərdik. Siyahıya baxın:

    1. “Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)

    2. Yasamal, Xətayi, Sabil rayonlarında “Ocaq” (restoran, kafe, art) şəbəkəsi

    3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular

    4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil

    5. “NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir)

    6. H.Əliyev küçəsində “Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası)

    7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil

    8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat)

    9. Hazırda oğlu Anar Qocayev İnterpol Baş İdarəsində rəis müavini vəzifəsində çalışır.

    10. Köhnə “Varovski”da 3 mərtəbə villa

    11. Novxanıda ayrı-ayrılıqda 3 villa

    12. “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil

    13. “REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil

    14. Port Bakuda 150 kv m daha bir mənzil

    15. Binəqədi rayonunda böyük torpaq sahələri

    16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil

    17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit

    18. Şüvəlanda villa

    19. Özünə və ailsəinə məxsus “Rang Rover”, “Audi Q7”, “Sklass Mercedes”,” Porche”, “BMW” markalı bahalı avtomobillər

    20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası

    21. Dərnəgüldə tikinti materialları mağazası

    22. Bacısı Afət Qocayeva Əyyublu kənd orta məkətibinin direktorudur.

    23. Bir tender şirkəti, “Polat Qapı Yol” şirkəti ilə şəriklik və s…


    /yenisabah.az/


Xəbər lenti

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Ceyhun Nəbinin hədəfə atdığı Cümhuriyyət DAŞI, saxtakarların cümhuriyyətçi nifrəti

Ceyhun Nəbinin namizədliyi niyə qeydə alınmadı?!

“Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin” -Vilayət Eyvazov

Oqtay Gülalıyevin hərarəti yüksəlib

Müsavat başqanı ABŞ səfiri ilə görüşdü

Canlı yayımda “intihar” edən gənc Sozcu.az-ı məhkəməyə verir

7GUN.az-da yaranmış texniki problemlər tezliklə həll olunacaq

“İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm" -Peyman Sadıqov

Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

Daha bir Azərbaycanlı siyasi mühacir saxlanılıb

ABŞ-ın Bakıdakı səfirliyi amerikalıları ehtiyatlı olmağa çağırıb

Prezidentdən Rusiya, Suriya və İrana xəbərdarlıq

"Diffamasiya cinayət olaraq qalır və bu, onlayn sahəyə də şamil edilib" -ATƏT DTİHB-in hesabatı

Sabiq icra başçısı rayonun abadlaşdırılmasını nədən “ATF” MMC-yə həvalə edib? - KÖRPÜ UÇURAN ŞİRKƏTƏ MİLYONLUQ TENDER

Eldar Nuriyev nazir müavini təyin edildi -SƏRƏNCAM

Nazir Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi -FOTO

Prezident Türkiyənin Ticarət nazirini qəbul etdi

Məktəblərində dəşhətli virus yayılıb: Bu xəstəlik keçicidir

Məhkəmə Cavid Şirəliyevin iddiasını təmin etdi

Ceyhun Həsənovun Çingiz Əhmədovun əməllərindən məlumatı varmı?

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya