Uşaq bağçalarında və uşaq evlərində acınacaqlı vəziyyət mövcuddur

Şrift : |
Tarix :17-02-2019, 00:27
Bölmə : Gündəm / Video
Kömək :    
Baxılıb : 1 002 dəfə
Like :
Like :

    Ölkədə uşaq bağçalarının və uşaq evlərinin maddi bazasının yaxşılaşdırılmasından ötrü Nazirlər Kabinetinin qəbul etdiyi qərar və layihələrin reallaşması dövlət büdcəsindən ayrılan milyonlarla vəsait hesabına başa gəlir. Lakin ayrılan vəsaitlər təyınatı üzrə xərclənmir.

    Araşdırmalarımız göstərir ki, uşaq bağçaları və uşaq evlərinin təminatı üçün ayrılan dövlət vəsaitinin çox hissəsi mənimsənilir. Yerli icra hakimiyyəti orqanları işbirliyində olduqları şirkətlərin iştirakıyla uşaq bağçalarının maddi bazasının yaxşılaşdırılması adı altında dövlət büdcəsindən pul ayrılması üçün formal olaraq tender müsabiqələrini həyata keçirirlər. Tender əməliyyatları vasitəsilə reallaşan büdcə vəsaitlərinin mənimsənilməsində icra hakimiyyətlərinin başçıları, hümanitar məsələlər üzrə müavinlər, icra başçılarının ərazilər üzrə nümayəndələri, uşaq bağçalarının və uşaq evlərinin müdirləri bilavasitə iştirak edirlər.

    Uşaq bağçalarında və uşaq evlərində çalışan müəllim və tərbiyyəçilərdən, xadimələrdən, valideyinlərdən və digər texniki işçilərdən yığılan pullar mənimsənilən büdcə vəsaitlərinin yerinə xərclənilir. Nəticədə uşaq bağçalarının və uşaq evlərinin maddi-texniki bazasının və ərzaqla, geyimlə və yatacaq dəstləri ilə təxhizatının yaxşılaşdırılmasından ötrü qəbul edilən qərar və layihələrin icrası həyata keçirilmir. Məhz buna görə də uşaq bağçalarında və uşaq evlərində ciddi problemlər meydana çıxır. Göstərilən problemlər ölkənin bütün ərazisində yaşanır.

    7GUN.az-a daxil olan məlumatlara görə Ağsu, İsmayıllı, Şamaxı, Zaqatala, Mingəçevir, Qazax, Ağstafa və Tovuz rayonlarında uşaq bağçalarında və uşaq evlərində daha acınacaqlı vəziyyət mövcuddur. Həmin bölgələrin uşaq bağçalarında və uşaq evlərində valideyinlərdən hər ay məcburi haqq alırlar.

    Uşaqlara vaxtı keçmiş və keyfiyyətsiz ərzaqlar yedizdirilir. Sanitar-gigiyenik normalara əməl olunmur. Siyahılarda göstərilənlərin əksinə olaraq bağçalara 10-15 nəfər uşaq gəlir. Siyahılarda uşaqların bağçalara gündəlik davamiyyəti 80-100 nəfərə yaxın göstərilir. Şişirtmə rəqəmlərə görə ayrılan büdcə vəsaiti mənimsənilir. Yerli icra hakimiyyəti orqanları faktların ört-basdır edilməsində maraqlıdır.

    7GUN.az ölkə ərazisində fəaliyyət göstərən uşaq bağçalarının və uşaq evlərində yaşananların ümumi mənzərəsi haqqında əldə etdiyi məlumatları ictimaiyyətə çatdırır.


Xəbər lenti

Oktay Gülalıyev Yalçın İmanovu təbrik etdi

“Nəzrə almağınızı xahiş edirik”

Baş Prokurorluq Polad Aslanovun şikayətini araşdırır

Oktay Gülalıyev: "Bu “mübarizə” bumeranq təsiri yaradır…"

Beyləqanda Suvarma Sistemləri İdarəsi özəl mülkə çevrilib? – Ölü canlar, satılan qoyunlar, daha nələr…

Ombudsman aparatının nümayəndələri təcridxanada aclıq edən jurnalistlə görüşüb- AÇIQLAMA

Knut OlavAmos: “Regionda mətbuat azadlığı sahəsində vəziyyət o qədər acınacaqlıdır ki...”

Məhkəmə zalında olan Penitensiar Xidmətin əməkdaşları gözyaşardıcı qazdan istifadə etdilər -VİDEO

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!