"Oqtay Gülalıyev Azərbaycanda onsuz da məhv edilmiş hüquq müdafiə sisteminin azsaylı nümayəndələrindən biridir" -Rüfət Səfərov

Şrift : |
Tarix :13-12-2019, 08:48
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    “Bizim borcumuzdur ki, Oqtay Gülalıyevin səhəti bərpa olunanadək əlimizdən gələn mümkün köməklikləri edək. Belə bir şəraitdə siyasi partiyalara, ictimai-siyasi liderlərə, ictimaiyyətə müraciət etdik ki, minimum imkanlarımızı bütünləşdirərək, Oqtay bəyin müalicəsinə, ailəsinə köməklik edək”. 

    7GUN.az xəbər verir ki, bu sözləri dekabrın 13-də hüquq müdafiəçisi Oqtay Gülülıyevin müalicəsinə kömək məqsədi ilə Müsavat Partiyasının qərargahında keçirilən marafonun təşkilatçısı, keçmiş siyasi məhbus Rüfət Səfərov "Amerikanın Səsi"nə deyib. 

    Onun sözlərinə görə, marafona çoxsaylı insanlar, o cümlədən ictimai-siyasi xadimlər, partiya liderləri, hüquqşünaslar, jurnalistlər, hüquq müdafiəçiləri qatılıb.

    “Hazırki anadək minlərlə manat vəsait toplanıb. Günün sonunda marafonun yekunları ilə bağlı məlumat yayacağıq”, deyə o qeyd edib.

    Səfərov hüquq müdafiəçisinin müalicəsinə kömək məqsədi ilə marafonun bundan sonra da davam etdiriləcəyini deyib. 

    “Oqtay Gülalıyev Azərbaycanda onsuz da məhv edilmiş hüquq müdafiə sisteminin azsaylı nümayəndələrindən biridir. Gülalıyev dönməz və prinsipal hüquq müdafiəçisi kimi fərqlənən bir xadimdir”, deyə o qeyd edib.

    Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb və komaya düşüb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

    Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.

    Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

    Bundan sonra Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbulda Avrasiya Xəstəxanasına yerləşdirilib.

    Noyabrın 19-da hüquq müdafiəçisi İstanbulda yerləşən "Amerika xəstəxanası"na (Amerikan Hastanesi) köçürülüb.

    Noyabrın 22-də onun beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb. Bundan sonra da səhhətində irəliləyiş qeydə alınmayıb.

    Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Avrasiya xəstəxanasının həkimlərinin rəyinə istinadən bildirib ki, atasının komadan ayılması 6 aydan 1 ilədək çəkə bilər.

    “Həkimlərin bildirdiyinə görə, atanın beyın hüceyrələrindən üçü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq”, deyə Təbriz Gülalıyev qeyd edib.


Xəbər lenti

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Ceyhun Nəbinin hədəfə atdığı Cümhuriyyət DAŞI, saxtakarların cümhuriyyətçi nifrəti

Ceyhun Nəbinin namizədliyi niyə qeydə alınmadı?!

“Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin” -Vilayət Eyvazov

Oqtay Gülalıyevin hərarəti yüksəlib

Müsavat başqanı ABŞ səfiri ilə görüşdü

Canlı yayımda “intihar” edən gənc Sozcu.az-ı məhkəməyə verir

7GUN.az-da yaranmış texniki problemlər tezliklə həll olunacaq

“İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm" -Peyman Sadıqov

Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

Daha bir Azərbaycanlı siyasi mühacir saxlanılıb

ABŞ-ın Bakıdakı səfirliyi amerikalıları ehtiyatlı olmağa çağırıb

Prezidentdən Rusiya, Suriya və İrana xəbərdarlıq

"Diffamasiya cinayət olaraq qalır və bu, onlayn sahəyə də şamil edilib" -ATƏT DTİHB-in hesabatı

Sabiq icra başçısı rayonun abadlaşdırılmasını nədən “ATF” MMC-yə həvalə edib? - KÖRPÜ UÇURAN ŞİRKƏTƏ MİLYONLUQ TENDER

Eldar Nuriyev nazir müavini təyin edildi -SƏRƏNCAM

Nazir Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi -FOTO

Prezident Türkiyənin Ticarət nazirini qəbul etdi

Məktəblərində dəşhətli virus yayılıb: Bu xəstəlik keçicidir

Məhkəmə Cavid Şirəliyevin iddiasını təmin etdi

Ceyhun Həsənovun Çingiz Əhmədovun əməllərindən məlumatı varmı?

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya