Beynəlxalq təşkilatlar vəkillərlə bağlı çağırış edib

Şrift : |
Tarix :5-12-2019, 04:02
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    7GUN.az-ın Turan.az-a istinadən məlumatına görə dörd beynəlxalq təşkilat Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərərək 27 noyabr 2019-cu il tarixində vəkil-hüquq müdafiəçisi Şəhla Hümbətovanın barəsində qəbul edilmiş intizam tədbirlərini pisləyib.

    Ş.Hümbətovanın vəkillikdən uzaqlaşdırılması Vəkillər Kollegiyası Rəyasət Heyətinin vəkillik fəaliyyətini sistematik olaraq “pozması”nın, azərbaycanlıların hüquqlarının pozulduğu təqdirdə onları hüquqi müdafiə vasitələrindən məhrum etməsinin daha bir əlaməti oldu, məktubda deyilir.

    Son illər daha çox sayda müstəqil vəkil siyasi işlərdə, xüsusilə insan hüquqlarının pozulmasına dair işlərdə iştirak etdiklərinə görə təqiblərə məruz qalıblar və işdən azad ediliblər.

    Ş.Hümbətova da bu işlərdə iştirak edirdi, ona görə də təzyiqə məruz qalıb.

    Əsasən 2019-cu ilin yanvarında bloger və siyasi məhbus Mehman Hüseynovun səhhətinin pis olduğunu bildirdikdən sonra təhdid edilib.

    Ş.Hümbatova çox sayda yüksək vəzifəli azərbaycanlı siyasi məhbusu müdafiə edib və hazırda 2018-ci il Gəncə iğtişaşları üzrə bir neçə müttəhimi müdafiə edir, amansız işgəncələr, məcburi etiraflar və uydurma ittihamlar barədə məlumatlar verir.

    Vəkillər Kollegiyası bundan öncə də öz üzvlərini təqib edib, Yalçın İmanov, Əlaif Həsənov, Xalid Bağırov, İradə Cavadova və başqalarını lisenziyadan məhrum edib.

    “Hər yeni işdən çıxarılma, kənarlaşdırılma və ya töhmət Vəkillər Kollegiyasının istənilən üzvü üçün insan hüquqlarının müdafiəsi ilə məşğul olmamaq barədə xəbərdarlıq olur”, - müraciətdə qeyd edilir.

    Müraciəti imzalayanlar Vəkillər Kollegiyasını Ş.Hümbətovanın və əvvəllər əsassız olaraq lisenziyadan məhrum edilmiş digər vəkillərin lisenziyalarını bərpa etməyə çağırırlar.

    “Biz həmçinin Azərbaycan hökumətini hüquqşünasların müdafiəsi ilə bağlı beynəlxalq standartlara, o cümlədən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta, Avropa İnsan Hüquqları Konvensiyasına və BMT-nin vəkillərin rolu haqda əsas prinsiplərə əməl etməyə çağırırıq”, - sənəddə deyilir.

    Müraciəti Civil Rights Defenders, Freedom House, International Partnership for Human Rights, Lawyers for Lawyers imzalayıblar.


Xəbər lenti

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Ceyhun Nəbinin hədəfə atdığı Cümhuriyyət DAŞI, saxtakarların cümhuriyyətçi nifrəti

Ceyhun Nəbinin namizədliyi niyə qeydə alınmadı?!

“Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin” -Vilayət Eyvazov

Oqtay Gülalıyevin hərarəti yüksəlib

Müsavat başqanı ABŞ səfiri ilə görüşdü

Canlı yayımda “intihar” edən gənc Sozcu.az-ı məhkəməyə verir

7GUN.az-da yaranmış texniki problemlər tezliklə həll olunacaq

“İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm" -Peyman Sadıqov

Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

Daha bir Azərbaycanlı siyasi mühacir saxlanılıb

ABŞ-ın Bakıdakı səfirliyi amerikalıları ehtiyatlı olmağa çağırıb

Prezidentdən Rusiya, Suriya və İrana xəbərdarlıq

"Diffamasiya cinayət olaraq qalır və bu, onlayn sahəyə də şamil edilib" -ATƏT DTİHB-in hesabatı

Sabiq icra başçısı rayonun abadlaşdırılmasını nədən “ATF” MMC-yə həvalə edib? - KÖRPÜ UÇURAN ŞİRKƏTƏ MİLYONLUQ TENDER

Eldar Nuriyev nazir müavini təyin edildi -SƏRƏNCAM

Nazir Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi -FOTO

Prezident Türkiyənin Ticarət nazirini qəbul etdi

Məktəblərində dəşhətli virus yayılıb: Bu xəstəlik keçicidir

Məhkəmə Cavid Şirəliyevin iddiasını təmin etdi

Ceyhun Həsənovun Çingiz Əhmədovun əməllərindən məlumatı varmı?

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya