"Cahid Hilaloğlu" mükafatı təqdim edildi -FOTOLAR

Şrift : |
Tarix :29-11-2019, 20:16
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    Xəbər verdiyimiz kimi 9 noyabr-Bayraq Günündə “Carçı” Araşdırma Mərkəzi Bayrağımızın şərəfinə və üçrəngli milli bayrağımızı sovet dövründə 1 saat Qız Qalasında dalğalandıran Cahid Hilaloğlunun adını əbədiləşdirmək üçün “Cahid Hilaloğlu” mükafatı təsis etmişdi.

    7GUN.az Sozcu.az-a istinadən xəbər verir ki, gümüşdən hazırlanmış, qızıl suyuna çəkilmiş, hilal və səkkizguşə ulduz yaxa nişanından ibarət olan mükafat bu gün (29.11.2019) təqdim edilib. Mükafata Qafqaz İslam Ordusunu, Azərbaycan Xalq Cümhuriyyətini, xüsusən də Azərbaycan bayrağını araşdırıb məqalələr yazan, yayan və təbliğində fəal olan, Bakı Dövlət universitetinin məzunu Zahid Qasım layiq görülüb. Zahid Qasım hərbi xidmətdə olduğu üçün mükafat onun bacısı, ictimai fəal Hicran Qasımovaya təqdim edilib.

    Hicran xanım qardaşının “Carçı” Araşdırma Mərkəzinə və tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.

    Tədbirdə Cahid Hilaloğlunun araşdırmaçısı Əli Şamil, tarixçi-tədqiqatçı Elmar Həsənli, Ziyalılar Klubunun və Bəyaz hərəkatının rəhbərliyi çıxış edib.

    Qeyd edək ki, “Carçı” Araşdırma Mərkəzi ötən 2018-ci ildə tarixçi-tədqiqatçı Elmar Həsənlini “Cümhuriyyət 100” yaxa nişanı ilə mükafatlandırmışdı.

    Bu ildən etibarən isə “Cahid Hilaloğlu” mükafatı təsis edilib və qəbul olunmuş əsasnaməyə əsasən, hər ilin sonunda il ərzində bayrağımızın təbliğatı istiqamətində ən fəal olan gəncə veriləcək.

    "Cahid Hilaloğlu" mükafatı təqdim edildi
    "Cahid Hilaloğlu" mükafatı təqdim edildi


Xəbər lenti

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Ceyhun Nəbinin hədəfə atdığı Cümhuriyyət DAŞI, saxtakarların cümhuriyyətçi nifrəti

Ceyhun Nəbinin namizədliyi niyə qeydə alınmadı?!

“Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin” -Vilayət Eyvazov

Oqtay Gülalıyevin hərarəti yüksəlib

Müsavat başqanı ABŞ səfiri ilə görüşdü

Canlı yayımda “intihar” edən gənc Sozcu.az-ı məhkəməyə verir

7GUN.az-da yaranmış texniki problemlər tezliklə həll olunacaq

“İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm" -Peyman Sadıqov

Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

Daha bir Azərbaycanlı siyasi mühacir saxlanılıb

ABŞ-ın Bakıdakı səfirliyi amerikalıları ehtiyatlı olmağa çağırıb

Prezidentdən Rusiya, Suriya və İrana xəbərdarlıq

"Diffamasiya cinayət olaraq qalır və bu, onlayn sahəyə də şamil edilib" -ATƏT DTİHB-in hesabatı

Sabiq icra başçısı rayonun abadlaşdırılmasını nədən “ATF” MMC-yə həvalə edib? - KÖRPÜ UÇURAN ŞİRKƏTƏ MİLYONLUQ TENDER

Eldar Nuriyev nazir müavini təyin edildi -SƏRƏNCAM

Nazir Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi -FOTO

Prezident Türkiyənin Ticarət nazirini qəbul etdi

Məktəblərində dəşhətli virus yayılıb: Bu xəstəlik keçicidir

Məhkəmə Cavid Şirəliyevin iddiasını təmin etdi

Ceyhun Həsənovun Çingiz Əhmədovun əməllərindən məlumatı varmı?

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya