"Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər" -Əli Kərimli

Şrift : |
Tarix :29-11-2019, 08:10
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    Noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyində çıxış edən prezident İlham Əliyev gəncləri böyük-kiçik məsələsinə fikir verməyə çağıraraq deyib: "İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, onları qorumalıyıq, müdafiə eləməliyik.

    Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin.

    Yaşlılara hörmət olunmalıdır. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən "ağsaqqal”, "ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, "Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”.

    7GUN.az-ın Arqument.az-a istinadən məlumatına görə, noyabrın 27-də özünün "Facebook” səhifəsində prezidentin çıxışına münasibət bildirən AXCP sədri Əli Kərimli yazır ki, Avropa İttifaqına inteqrasiyaya qarşı çıxmaq milyonlarla azərbaycanlının istək və arzularına ziddir: "Heç şübhəm yoxdur ki, milyonlarla soydaşımız perspektivdə ölkəmizin məhz Avropa İttifaqına inteqrasiya etməsini istəyir. Əksəriyyət arzulayır ki, Azərbaycanda da Avropa İttifaqındakı kimi qanunun aliliyi, hüquq və azadlıqlar təmin olunsun. Azad mətbuat olsun, hakimiyyətləri xalq seçsin. Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər. Bizdə də polis, məhkəmə, təhsil, səhiyyə, bələdiyyə, vergi, gömrük Avropadakı kimi olsun, xalqa problem yaratmasın, xidmət etsin. Kim bunları istəməz?

    İstəmirikmi ki, bizdə də elmin, yüksək texnologiyaların inkişafına, korrupsiyasız, monopoliyasız azad bazar iqtisadiyyatına şərait yaradılsın? Bu gün inkişaf etmiş ölkələrdəki sosial təminat sisteminə – yüksək məbləğli pensiyalara, uşaqlara, yaşlılara, əlillərə dövlət səviyyəsində qayğıya, işsizlər, evsizlər, tələbələr üçün yaradılan imkanlara əksəriyyət bir az da həsəd hissi ilə baxmırmı?

    İstəmirikmi ki, Avropa ölkələrinə vizasız gedib-gələk, ehtiyacı olanlar orada işləyə, müalicə oluna, oxuya bilsin? İmkanı olanlar gəzməyə, dincəlməyə getsin, bacaranlar gömrüksüz, sərbəst ticarət etsin? İstəmirikmi ki, Avropa bankları vətəndaşlarımıza hazırkı monopolist banklardan 4-5 dəfə ucuz kredit versin? Avropanın etibarlı sığorta şirkətləri, aviasiya şirkətləri Azərbaycan bazarındakı monopoliyanı dağıtsa, milyonlarla azərbaycanlı etibarlı sığorta xidməti ilə təmin olunsa, vətəndaşlarımız dəfələrlə aşağı qiymətlərlə istədikləri şəhərlərə uça bilsə, xalqımız bundan qazanmazmı?

    Əlbəttə, nəzəri cəhətdən bütün bunları Avropa İttifaqına inteqrasiya etmədən də həyata keçirmək olar. Bu gün artıq dünyada Avropa ölkəsi olmayan onlarca ölkədə bu islahatlar həyata keçirilir, ümumbəşəri dəyərlərə dövlət səviyyəsində hörmət qoyulur, azad ticarət, azad iqtisadiyyat qurulur. Ancaq bu sirr deyil ki, bizim situasiya və yerləşdiyimiz coğrafiya baxımından ölkəmizdə bütün bu işlərin görülməsi üçün Avropa İttifaqına inteqrasiya olduqca vacib, yardımçı mexanizmdir. Avropa İttifaqına inteqrasiyamız Avropadan daha çox bizə gərəkdir. Məhz biz özümüz toplum olaraq yuxarıda qeyd etdiyim islahatlara nail olmaq üçün Avropa İttifaqına inteqrasiya kursunu müdafiə etməliyik”.

    1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Böyük Britaniya qurumdan çıxmaq üzrədir.

    Azərbaycan Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının üzvüdür. 2009-cu ildə elan olunmuş proqram Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanı da əhatə edir.

    2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında "Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Hazırda strateji tərəfdaşlıq sazişi üzərində iş gedir.


Xəbər lenti

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Ceyhun Nəbinin hədəfə atdığı Cümhuriyyət DAŞI, saxtakarların cümhuriyyətçi nifrəti

Ceyhun Nəbinin namizədliyi niyə qeydə alınmadı?!

“Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin” -Vilayət Eyvazov

Oqtay Gülalıyevin hərarəti yüksəlib

Müsavat başqanı ABŞ səfiri ilə görüşdü

Canlı yayımda “intihar” edən gənc Sozcu.az-ı məhkəməyə verir

7GUN.az-da yaranmış texniki problemlər tezliklə həll olunacaq

“İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm" -Peyman Sadıqov

Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

Daha bir Azərbaycanlı siyasi mühacir saxlanılıb

ABŞ-ın Bakıdakı səfirliyi amerikalıları ehtiyatlı olmağa çağırıb

Prezidentdən Rusiya, Suriya və İrana xəbərdarlıq

"Diffamasiya cinayət olaraq qalır və bu, onlayn sahəyə də şamil edilib" -ATƏT DTİHB-in hesabatı

Sabiq icra başçısı rayonun abadlaşdırılmasını nədən “ATF” MMC-yə həvalə edib? - KÖRPÜ UÇURAN ŞİRKƏTƏ MİLYONLUQ TENDER

Eldar Nuriyev nazir müavini təyin edildi -SƏRƏNCAM

Nazir Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi -FOTO

Prezident Türkiyənin Ticarət nazirini qəbul etdi

Məktəblərində dəşhətli virus yayılıb: Bu xəstəlik keçicidir

Məhkəmə Cavid Şirəliyevin iddiasını təmin etdi

Ceyhun Həsənovun Çingiz Əhmədovun əməllərindən məlumatı varmı?

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya