“Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük” -Donald Tramp

Şrift : |
Tarix :29-11-2019, 05:15
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    Prezident Donald Trampın Əfqanıstana gözlənilmədən səfəri və ABŞ ordusunu ziyarət etməsi, orada radikal qrupun da atəşkəsə razı olduğuna inandığını deməsindən bir gün sonra, cümə günü Taliban Birləşmiş Ştatlarla sülh danışıqlarının bərpasına hazır olduğunu bildirib.

    Trampın Şükran Günü Əfqanıstana səfəri prezident olandan bəri bu ölkəyə ilk və Vaşinqtonla Kabil arasında məhbus mübadiləsindən bir həftə sonra 18 illik müharibənin sona çatmasına ümidləri artıran bir səfəri idi.

    7GUN.az-ın Amerikaninsesi.org-a istinadən məlumatına görə Tramp cümə axşamı Əfqaqnıstanda müxbirlərə “Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük” deyib. “Biz onlara atəşkəs istədiyimizi demişdik, lakin onlar razı olmamışdılar. İndi isə onlar atəşkəs istəyirlər və mən bunun belə olacağına inanıram” - deyə, o bildirib.

    Taliban liderləri Reuters xəbər agentliyinə qrupun keçən həftənin sonundan bəri Dohada ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirdiyini bildirib və əlavə edib ki, yaxın zamanda sülh danışıqları rəsmi olaraq bərpa oluna bilər.

    “Bizim mövqeyimiz eyni olaraq qalır. Sülh danışıqları başlasa, dayandığı mərhələdən başlayacaq” - deyə, Mucahid Reuters xəbər agentliyinə bildirib.

    Tramp Talibanla sülh danışıqlarını qrupun sentyabr ayında Amerika əsgərləri də daxil olmaqla, Kabildə 12 nəfərin ölümü ilə nəticələnən hücumun məsuliyyətini öz üzərinə götürməsindən sonra dayandırıb.


Xəbər lenti

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Ceyhun Nəbinin hədəfə atdığı Cümhuriyyət DAŞI, saxtakarların cümhuriyyətçi nifrəti

Ceyhun Nəbinin namizədliyi niyə qeydə alınmadı?!

“Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin” -Vilayət Eyvazov

Oqtay Gülalıyevin hərarəti yüksəlib

Müsavat başqanı ABŞ səfiri ilə görüşdü

Canlı yayımda “intihar” edən gənc Sozcu.az-ı məhkəməyə verir

7GUN.az-da yaranmış texniki problemlər tezliklə həll olunacaq

“İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm" -Peyman Sadıqov

Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

Daha bir Azərbaycanlı siyasi mühacir saxlanılıb

ABŞ-ın Bakıdakı səfirliyi amerikalıları ehtiyatlı olmağa çağırıb

Prezidentdən Rusiya, Suriya və İrana xəbərdarlıq

"Diffamasiya cinayət olaraq qalır və bu, onlayn sahəyə də şamil edilib" -ATƏT DTİHB-in hesabatı

Sabiq icra başçısı rayonun abadlaşdırılmasını nədən “ATF” MMC-yə həvalə edib? - KÖRPÜ UÇURAN ŞİRKƏTƏ MİLYONLUQ TENDER

Eldar Nuriyev nazir müavini təyin edildi -SƏRƏNCAM

Nazir Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi -FOTO

Prezident Türkiyənin Ticarət nazirini qəbul etdi

Məktəblərində dəşhətli virus yayılıb: Bu xəstəlik keçicidir

Məhkəmə Cavid Şirəliyevin iddiasını təmin etdi

Ceyhun Həsənovun Çingiz Əhmədovun əməllərindən məlumatı varmı?

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya