HRHF Oqtay Gülalıyevin zərər çəkdiyi qəzanı araşdırmağa çağırdı 

Şrift : |
Tarix :1-11-2019, 23:51
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 137 dəfə
Like :
Like :

    7GUN.az Turan-a istinadən xəbər verir ki, İnsan Hüquqları Evi Fondu (HRHF) oktyabrın 29-da hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurmasından sonra səhhətilə bağlı dərin narahatlığını bildirib və Azərbaycan hakimiyyətini hərtərəfli, qərəzsiz və şəffaf istintaq aparmağa çağırıb.

    Bununla bağlı  yayılan bəyanatda qeyd olunur ki, Oqtaya və digər hüquq müdafiəçilərinə qarşı bir neçə il davam edən repressiyalardan sonra 29 oktyabr insidentinin xarakteri və səbəblərinə dair suallar qalmaqdadır.

    KİV-in məlumatına görə, Oqtay 2019-cu il oktyabrın 29-da Bakıda 28 May və Puşkin küçələrinin kəsişməsində piyada keçidi ilə gedərkən onu avtomobil vurub. Başından və daxili orqanlarından ciddi xəsarət alan Oqtay tibb müəssisəsinə aparılıb. Oqtayın müalicə olunduğu tibb müəssisəsindən alınan məlumatlara görə, vəziyyəti kritik olaraq qalır.

    Oqtay Gülalıyev Azərbaycanda keçmiş siyasi məhbusdur. O, “Siyasi Məhbuslarsız Azərbaycan”  İctimai Alyansının koordinatoru və İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri kimi siyasi fəal idi. Azərbaycan hakimiyyəti tərəfindən işgəncələrin ifşa edilməsi, korrupsiyaya qarşı mübarizə və hökumətdə şəffaflığın təmin edilməsi üçün yorulmadan çalışır. Bu işinə görə Oqtay uzun illər Azərbaycan hakimiyyəti tərəfindən repressiyalardan, o cümlədən həbslərdən və saxlanma zamanı amansız rəftardan əziyyət çəkib, bəyanatda deyilir.

    HRHF Oktay Gülalıyevə və ailəsinə səmimi dəstək ifadə edib.


Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!