Jurnalist xuliqanlıq ittihamı ilə 30 gün müddətinə həbs edilib

Şrift : |
Tarix :1-11-2019, 03:25
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 87 dəfə
Like :
Like :

    Oktyabrın 31-də axşam Bakının Yasamal rayon məhkəməsi jurnalist və gənc fəal Şəmistan Həziyevi ( Həzi Bəy ) xuliqanlıq ittihamı ilə 30 gün müddətinə həbs edib.

    Ann.az nəşrində işləyən gənc saat 12-də evdən çıxıb və geri qayıtmayıb. Polisə müraciət nəticə verməyib və yalnız məhkəmənin qərarından sonra jurnalistin taleyinə aydınlıq gəlib.

    7GUN.az xəbər verir ki, həmkarlarının Turan-a verdiyi məlumata görə, Şəmistan evdən çıxıb və dərhal sahə polis inspektoru tərəfindən saxlanılıb. İnspektor onunla birlikdə şöbəyə gəlməyi tələb edib. Orada gənci Xalq Cəbhəsi Partiyasını dəstəkləməkdə, sosial şəbəkələrdə Əli Kərimliyə dəstək materialları dərc etməkdə ittiham ediblər.

    Daha sonra ona siyasi baxışlarından imtina etdiyi və peşman olduğu barədə ərizə imzalamağı təklif ediblər. Jurnalist bundan imtina edib, bu zaman ona qarşı xuliqanlıq aktı tərtib edilib. Polis guya Şəmistanın küçədə yüksək səslə söyüş söydüyünü və polisin tələbinə məhəl qoymadığını müəyyən edib. Elə həmin gün məhkəmə onu 30 gün müddətinə həbs edib.


Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!