Xətai rayon Məhkəməsinin Seymur Həzi ilə bağlı qərarı dəyişdirilmədi

Şrift : |
Tarix :28-10-2019, 03:52
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 139 dəfə
Like :
Like :

    Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Seymur Həzinin inzibati həbs qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

    7GUN.az-ın məlumatına görə Bakı Apellyasiya Məhkəməsi Xətai rayon Məhkəməsinin Seymur Həzi ilə bağlı qərarını ləğv etməyib.

    Xatırladaq ki, Seymur Həzi 17 oktyabr 2019-cu il tarixdə kiçik xuliqanlıq ittihamı ilə 15 gün müddətinə həbs edilib. Guya o, küçədə yüksək səslə söyüş söyüb və polisin tələblərinə məhəl qoymayıb. O, hakimiyyətin 19 oktyabr mitinqi ərəfəsində zərərsizləşdirdiyi fəallar arasında idi.

    Xatırladaq ki, Seymur Həzi Azərbaycanda məşhur siyasi məhbuslardan biri olub. O, 2014-cü ildə xuliqanlıq və adam döymə ittihamı ilə həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cari ilin avqustunda azadlığa çıxıb.


Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!