Amnesty İnternational: "...dinc toplaşmaq azadlığı hüquqları əsassız olaraq məhdudlaşdırılıb..."

Şrift : |
Tarix :25-10-2019, 09:01
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 101 dəfə
Like :
Like :

    7GUN.az Turan.az-a istinədən xəbər verir ki, məşhur Amnesty İnternational hüquq-müdafiə təşkilatı “oktyabrın 19-20-də Bakıda dinc nümayişçilərin qanunsuz olaraq dağıdılmasına və özbaşına saxlanılmasına” görə Azərbaycan hakimiyyətini pisləyib.

    Təşkilatın bəyanatında bu, “Azərbaycanda dinc toplaşmaq azadlığı hüququna hörmətsizliyin dəlili” kimi qiymətləndirilib.

    Azərbaycan polisi bildirib ki, oktyabrın 19-da onlar 60 nümayişçini saxlayıblar, 42 nəfərə rəsmi xəbərdarlıq etdikdən sonra azad edib. Qalan 18 etirazçı məhkəmələrə çıxarılana qədər polis bölmələrində saxlanılıb.

    Azərbaycan Xalq Cəbhəsi Partiyası – etiraz aksiyasının təşkilatçılarından biri olan müxalif siyasi partiya bildirib ki, nümayişdə saxlanılanlardan əlavə olaraq, ən az 93 partiya üzvü 19 oktyabr mitinqi başlamazdan əvvəl saxlanılıb və ya polis bölmələrinə çağırılıb.

    Sosial şəbəkələrdə bir neçə videoçarxda polisin dinc nümayişçilərə qarşı güc tətbiq etdiyi, onları döyərək polis maşınlarına tərəf sürüdüyü görünür.

    Saxlanılanların bəziləri, o cümlədən müxalifət lideri Əli Kərimli həbsdən sonra polis tərəfindən amansız rəftara məruz qaldıqlarını bildiriblər.

    Nümayişçilər siyasi motivlərlə həbs edilən şəxslərin azad edilməsini, habelə təbii qaz və elektrik enerjisi qiymətlərini endirməyi tələb edirdilər. Bir çox etirazçılar hökumətin istefasını tələb edən şüarlar səsləndirirdilər.

    Oktyabrın 20-də polis qadınlara qarşı şiddətə etiraz edən qadın hüquq müdafiəçilərinin icazəsiz kiçik mitinqini dağıdıb. Polis bir neçə aksiya iştirakçısını saxlayıb, onların əksəriyyəti zorakılığa məruz qalıb.

    Etiraza Bakıda oktyabrda ərin küçədə övladlarının gözü qarşısında həyat yoldaşına bir neçə bıçaq zərbəsi endirərək onu öldürməsi səbəb olub. Fəallar Avropa Şurasının qadınlara qarşı və ailədaxili şiddətin qarşısının alınması və ona qarşı mübarizə haqqında İstanbul Konvensiyası kimi də məşhur olan konvensiyasının ratifikasiyasını tələb ediblər.

    Etiraz ərəfəsində hakimiyyət mitinqə icazə verməkdən imtina edərək, mitinqin “şəhər sakinlərinin istirahətinə mane olacağını” bildirib. Azərbaycan Konstitusiyası dinc toplaşmaq azadlığı hüququna zəmanət verir, amma yerli bələdiyyələr çox vaxt, xüsusən paytaxt Bakıda müxalifətin təşkil etdiyi dinc nümayişlərin keçirilməsinə icazə verməkdən özbaşına imtina edirlər. Polis çox vaxt dinc nümayişlərin dağıdılması üçün hədsiz və lazımsız güc tətbiq edir.

    “Azərbaycan hakimiyyəti Azərbaycan Konstitusiyası və Azərbaycanın ratifikasiya etdiyi insan hüquqları ilə bağlı beynəlxalq müqavilələrdə təsbit edilmiş dinc toplaşmaq azadlığı hüququna zəmanət verməlidir.

    Hakimiyyət dinc toplaşmaq azadlığı hüququnu həyata keçirərkən saxlanılan bütün nümayişçiləri dərhal və qeyd-şərtsiz azad etməli və polisin amansız rəftarı faktlarının ətraflı və qərəzsiz araşdırılmasına başlamalıdır”, deyə bəyanatda bildirilir.

    Amnesty İnternational uzun illərdir Azərbaycanda insan hüquqları pozuntularını sənədləşdirir. Fikri ifadə etmək, birləşmək və dinc toplaşmaq azadlığı hüquqları əsassız olaraq məhdudlaşdırılıb, bir çox jurnalistlər, hüquq müdafiəçiləri və digər fəallar təqiblərə, yalan ittihamlarla ədalətsiz təqiblərə məruz qoyulublar və ədalətsiz məhkəmə proseslərindən sonra həbs ediliblər.

    Yerli hüquq müdafiə təşkilatları ölkədə ən az 74 siyasi məhbusun – fəal, jurnalist və müxalif siyasətçinin olduğunu bildirirlər.

    Azərbaycanda vətəndaş cəmiyyətinin və QHT-lərin fəaliyyətinə əngəl törədən repressiv qanunvericilik qalmaqdadır. Azərbaycan insan hüquqlarının vəziyyətinin yoxlanılması üçün qapalı olaraq qalır. Beynəlxalq müşahidəçilərin, o cümlədən Amnesty İnternational-ın müşahidəçilərin ölkəyə giriş hüququnun təmin edilməsindən hələ də imtina edilir, deyə bəyanatda qeyd edilir.


Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!