Jurnalistə qarşı polis zorakılığı

Şrift : |
Tarix :11-09-2019, 05:32
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 63 dəfə
Like :
Like :

    Sentyabrın 11-də səhər "Azadlıq" qəzetinin reportyoru Təzəxan Mirələmli polis zorakılığına məruz qalıb.

    7GUN.az Turan.az-a istinadən xəbər verir ki, hadisə Xalq Cəbhəsi Partiyasının fəallarının mətbuatın müşaiyəti ilə gəldiyi Yasamal rayon məhkəməsinin binası qarşısında baş verib.

    Hadisə yerinə gələn polis dəstələri jurnalistlər daxil olmaqla, toplaşanlara qarşı zorakılıq tətbiq ediblər. Polis serjantlarından biri Mirələmliyə vurub, o, yıxılıb və xəsarət alıb. Bu, jurnalistin özünü təqdim edib polisi peşə hüquqlarını pozmamağa və işinə mane olmamağa çağırıb.

    Hadisə onlarla şahidin gözü önündə baş verib və digər jurnalistlər tərəfindən qeydə alınıb.

    "Azadlıq" qəzetinin redaksiyası baş verənləri ölkədə jurnalistlərin hüquq və azadlıqlarının kobud şəkildə pozulmasının dəlili və hakimiyyətin ifadə azadlığına qarşı açıq özbaşınalığı kimi qiymətləndirib. 


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!