Seymur Həzi azadlığa buraxılıb

Şrift : |
Tarix :28-08-2019, 21:15
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 126 dəfə
Like :
Like :

    Bu gün, avqustun 29-da jurnalist Seymur Həzi azadlığa buraxılıb. 7GUN.az Amerikaninsesi.ora-a istinadən xəbər verir ki, onun 5 illik həbs müddəti bu gün tamamlanıb.

    "Azadlıq" qəzetinin şöbə müdiri, "Azərbaycan saatı" televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib. Avtobus dayanacağında Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlandırlan jurnalist Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib.

    Jurnalist ittihamı rədd edib və özünü təqsirli bilməyib. O məhkəmədə bildiribki, Məhərrəm Həsənov öyrədilmiş şəxs olub və özü ona hücum edib.

    Jurnalist həbsinin səbəbini "Azadlıq" qəzetində hakimiyyəti tənqid edən məqalələri, "Azərbaycan saatı" proqramındakı çıxışlarıyla əlaqələndirib.

    "Amnesty International" beynəlxalq insan haqları təşkilatı Seymur Həzini vicdan məhbusu kimi tanıyıb.

    Azərbaycan hakimiyyəti isə ölkədə siyasi əqidəsinə, baxışlarına görə insankarlın təqib edilmədiyini deyir.

    Avropa İnsan Hüquqları Məhkəməsi ötən il Seymur Həzi ilə bağlı qərarını elan edib. Bu qərar jurnalistin 29 avqust 2014-də həbs edilməsi barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi şikayət üzrə idi.

    Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) maddəsi ilə təminat altına alınan hüquqlarının pozuntusunu tanıyıb.

    Qərara əsasən Azərbaycan hökuməti Seymur Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir.


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!