Almaniyada mühacirlər siyasi məhbuslara azadlıq tələbilə daha bir aksiya keçirdi

Şrift : |
Tarix :25-08-2019, 21:10
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 229 dəfə
Like :
Like :

    7GUN.az-ın məlumatına görə Azərbaycanlı siyasi mühacirlərin "Demokratik Azərbaycanı Seç" (DAS) təşkilatının fəalları ötən gün 23 avqsut 2019-ci il tarixində növbəti aksiyası Almaniyanın Koblenz şəhərində yerləşən "Rhein-Zeitung" qəzetinin qarşısında baş tutub.

    Aksiya təşkilatçılarından biri Raul Qurbanov bildirib ki, aksiyaların qəzet redaksiyalarının önündə keçirilməsi tam məqsədə uyğundur. Almaniya demokratik bir ölkədir, dünyada geniş siyasi təsirlərə malikdir. Bu baxmından Azərbayacanda baş verən siyasi hadisələrlə Alman cəmiyyətinin məlumatlandırılması çox əhmiyyətlidir. Bundan başqa 2015-ci ildə Almaniya Parlament Azərbaycanda insan hüquqlarının pozulmasını rəsmən taniyib. Belə nümunə yalnız Almaniyadadır. Bu məqsədlə düşündü ki, bucur aksiyalar ciddi beynəlxalq dəstəyə gətirib çıxaracaqdır. Nəzərə alsaq ki, Media demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş problemlərinin işiqlandırılıb həll olunması baxımından əvəzsiz bir institutdur. Xüsusilə Alman kimi inkişaf etmiş və söz sahibi olmuş ölkələrin mətbuat orqanlarının dünyəvi əhəmiyyəti var. Alman media orqanlarında Azərbaycan kimi avtoritar ölkələrin diqqət mərkəzində olması çox böyük təsirə malikdir.

    DAS-in bucur aksiyaları davamlı olacaqdır. Mitinqdə digər DAS üzvləri Məmməd Qarayev, Babək Allahverdiyev, Aliş Abdullayev, Elşən Abdullayev, Rövşən Cabbarov, İntiqam Xudiyev, Ramin Əhmədov, Aqşin Haciyev, Nadir Rzayev və Murad Həmidov çixiş ediblər.

    “Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyası iyunun 28-də başladılıb. Bu məqsədlə ilk olaraq Almaniyanın Dortmund, Essen, Passau, Trier şəhərlərində yerləşən, tirajlı alman media orqanlarının önündə aksiya keçirmişdilər.


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!