Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Şrift : |
Tarix :17-05-2019, 00:49
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 191 dəfə
Like :
Like :

    Son günlər Azərbaycanda Avropada yaşayan siyasi mühacirlərin qohumlarına qarşı təzyiqlər artıb. Bu barədə DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının yaydığı məlumatda bildirilir.

    Mənbə qeyd edir ki, siyasi mühacirlərin qohumlarını hədələyirlər, polisə aparırlar, təhqir edirlər, işdən çıxarırlar, yaxınlarından və ailə üzvlərindən imtinaya məcbur edirlər.

    "Bu günlərdə video-bloger Qabil Məmmədovun bütünlüklə ailə üzvləri Tovuz rayon polis şöbəsinə aparılıb. Onların arasında 85 yaşlı ata Əmrah Məmmədov, 83 yaşlı ana Dünya Cəfərova, qardaşlar Tahir Məmmədov (Qarabağ qazisi) və onun oğlu, hərbçi Məhəmməd Məmmədov və digər qohumları var, cəmi 12 nəfər.

    Onların arasında olan üç hərbçi birbaşa hərbi hissədən şöbəyə aparılıb", - bəyanatda deyilir.

    Gecəyə yaxın valideynləri buraxıblar, qalanlarına (üç qardaşın həyat yoldaşları daxil olmaqla) deyiblər ki, növbəti gün polisə gəlsinlər. Q.Məmmədovun sözlərinə görə, bütün ailə üzvlərinə ondan məcburi imtina sənədi yazdırıblar.

    Təşkilatın bəyanatında qeyd olunur ki, digər siyasi mühacir Mübariz Kərimovun bacısı oğlu işdən çıxarılmaqla təhdid olunur. Təşkilat üzvü Səbuhi Məmmədlinin anası da işdən çıxarılmaqla təhdid edilib.

    Siyasi mühacir Əli Məmmədovun da vəziyyəti eynidir. Onun qohumları Yevlax polisinə çağırılıb.

    Məcid Mehdilinin isə atasına Sabunçu rayonu 13-cü polis bölməsindən telefon edərək deyiblər ki, mayın 10-da Berlində keçirilən mitinqdə Məcidin iştirakına görə ona sonuncu xəbərdarlıq edilir.

    "Azadlıq" radiosu bildirib ki, DAS-ın 47 üzvünün qohumlarına təzyiq göstərilib.


Xəbər lenti

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna vəzifə verdi

Almaniya və Azərbaycan arasında siyasi məsləhətləşmələr olacaq

Gəncədə saxlanılmış etiraz iştirakçıların azad ediliblər

Mayın 13-də heç bir şey imzalanmayacaq

Azad Həsənovun işi üzrə məhkəmədə

Gəncədə etiraz aksiyası keçirilib

Jurnalist Əfqan Muxtarlının səhhəti pisləşib

Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Şeyxin nəzir qutularının milyonları Karlovı-Varıya daşınır?

Cavid Qurbanovun “Topaz” triosu

“Bu dövrün sabahı qorxudur məni”

Hüquq müdafiəçisi Bütöv Azərbaycan Gənclər günü ilə əlaqədar çağrış etdi!-24 aprel

İqtidar sərbəst toplaşmaq azadlığını niyə təmin etmir?

Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin binası qarşısında etiraz aksiyası keçirilib

Şahmar İbadovun oğluna görə qanuna tüpürən hakim...

Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!