Gəncədə saxlanılmış etiraz iştirakçıların azad ediliblər

Şrift : |
Tarix :23-04-2019, 04:24
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 318 dəfə
Like :
Like :

    Dünən axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısında dünən keçirilmiş etiraz aksiyasının fəal iştirakçıları saxlanılıb və polisə aparılıb, bu barədə Turan-a Siyasi Məhbusları Müdafiə Mərkəzinin rəhbəri Oqtay Gülalıyev bildirib. Onun sözlərinə görə, saxlanılanlar Gəncədə 2018-ci il iyul hadisələri ilə bağlı həbs edilmiş şəxslərin anaları idi. Bir neçə saat sonra onlar hamısı sərbəst buraxılıb.

    "Onlardan izahat alınıb, aksiya keçirməyin və həbs edilənlərə işgəncə verən Gəncə polis rəisinin və şəhər prokurorluğunun əməkdaşının cəzalandırılması tələblərinin yolverilməz olduğu barədə xəbərdarlıq edilib", deyə Gülalıyev bildirib.

    DİN-dən və Gəncə Şəhər Baş Polis İdarəsindən şərh almaq mümkün olmayıb.

    * Xatırladaq ki, Gəncədə 2018-ci il iyul hadisələri ilə bağlı həbs edilmiş şəxslərin ailə üzvləri aprelin 22-də Şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçiriblər.

    Valideynlər övladlarının həbsini qanunsuz və saxta hesab edir və onların azad edilməsini tələb edirdilər. Polis valideynləri binadan uzaqlaşdırıb və həbs edilmiş övladlarının portretlərini onların əllərindən alıb.

    ** 2018-ci ilin iyulunda Gəncədə şəhər icra başçısı Elmar Vəliyevə sui-qəsd olub. Səbəb onun kobud davranışı və şəhər sakinlərini müntəzəm olaraq təhqir etməsi olub. Sui-qəsdi törədən şəhər sakini Yunis Səfərov Vəliyevə atəş açıb, onu yaralayıb və saxlanılıb.

    10 gün sonra şəhərdə Səfərovun azad edilməsi və şəhər icra hakimiyyətinin başçısının davranışına qiymət vermək tələbi ilə iğtişaşlar baş verib. Mitinq iştirakçılarının polislə qarşıdurması zamanı iki polis zabiti öldürülüb.

    Bundan sonra etirazçıların kütləvi həbsləri və təqibləri başlayıb. Hakimiyyət radikal islamçıları iğtişaşlar təşkil etməkdə ittiham edib.


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!