Aksiya iştirakçısı: "Mehman Hüseynovun cinayət işində zərərçəkmiş Əli Abdalova "el qınağı" etmək istəyirdik"

Şrift : |
Tarix :3-01-2019, 23:25
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 386 dəfə
Like :
Like :

    Yanvarın 3-də Bakıda Neftçilər metrosu yaxınlığında "Mehman Hüseynova azadlıq!", "Siyasi məhbuslara azadlıq!" şüarları ilə keçirilən piket zamanı tutularaq Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparılan fəallardan jurnalist Sevinc Vaqifqızı və AXCP üzvləri Gülnarə Akifqızı, Yeganə Əliyeva, Dilarə Miriyeva şifahi xəbərdarlıq edilərək Bakı vaxtı ilə saat 22.20 radələrində azad buraxılıb. Saat 23 radələrində isə fəallar Fatimə Mövlamlı, Məlahət Yaqubova və Pərvin Abuşova Nizami Rayon Məhkməsində xəbərdarlıq edilərək azad buraxılıb.

    Nizami Rayon Məhkəməsində bu gün Əfqan Sadıqov (jurnalist, azel.tv saytı), Fərid Abdinov (jurnalist, Azad söz saytı), Nurlan Qəhrəmanov (Kanal13 internet televizyasının müxbiri) və AXCP fəalları Elmxan Ağayev, Səxavət Nəbiyevin işlərinə baxılıb, yanvarın 4-də məhkəmənin onlar barədə qərar çıxaracağı gözlənilir. Qeyri-rəsmi məlumatlara görə fəallar İnzibati Xətalar Məcəlləsinin 513.2 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham edilir.

    Biz fəallar yığılaraq Mehman Hüseynova qarşı cinayət işinin qaldırılması zamanı guya zərərçəkmiş kimi tanınan 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin böyük inspektoru Əli Abdalovun evinin qarşısında `el qınağı` məqsədi ilə aksiya keçirmək istədik.

    Aksiya iştirakçısı Dilarə Miriyeva

    ​Dilarə Miriyeva Turana bildirib ki, polisdə onlardan aksiyanı keçirməkdə məqsədləri və aksiyanın təşkilatçıları barədə sorğu-sual ediblər.

    "Biz bildirdik ki, günahsız bloger Mehman Hüseynova qarşı yenidən cinayət işi qaldırılması bir ana, qadın kimi bizi narahat edir. O artıq 8 gündür aclıq keçirir. Biz fəallar yığılaraq Mehman Hüseynova qarşı cinayət işinin qaldırılması zamanı guya zərərçəkmiş kimi tanınan 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin böyük inspektoru Əli Abdalovun evinin qarşısında "el qınağı" məqsədi ilə aksiya keçirmək istədik. Bu zaman onun anasının xəstə olduğunu öyrəndik. Fəallar Abdalovdan fərqli hərəkət edərək onun anasını incitməmək qərarına gəldi və aksiyanı Abdalovun evinin yaxınlığında, Neftçilər metrosunun qarşısında keçirdik," xanım Miriyeva Amerikanın Səsinə deyib.

    Rəsmi qurumlar bu gün keçirilən etiraz aksiyasına hələ münasibət bildirməyib.

    Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

    Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

    Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.


Xəbər lenti

Oktay Gülalıyev Yalçın İmanovu təbrik etdi

“Nəzrə almağınızı xahiş edirik”

Baş Prokurorluq Polad Aslanovun şikayətini araşdırır

Oktay Gülalıyev: "Bu “mübarizə” bumeranq təsiri yaradır…"

Beyləqanda Suvarma Sistemləri İdarəsi özəl mülkə çevrilib? – Ölü canlar, satılan qoyunlar, daha nələr…

Ombudsman aparatının nümayəndələri təcridxanada aclıq edən jurnalistlə görüşüb- AÇIQLAMA

Knut OlavAmos: “Regionda mətbuat azadlığı sahəsində vəziyyət o qədər acınacaqlıdır ki...”

Məhkəmə zalında olan Penitensiar Xidmətin əməkdaşları gözyaşardıcı qazdan istifadə etdilər -VİDEO

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!