Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO

Şrift : |
Tarix :30-11-2019, 01:47
Bölmə : Cəmiyyət / Video
Kömək :    
Like :
Like :

    7GUN.az bir müddət öncə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müxtəlif xəstəliklərdən əziyyət çəkən məhkumlara yarıtmaz tibbi xidmət göstərilməsi, dərmanların keyfiyyət göstəricilərinin aşağı səviyyədə olması və buna görə də bir çox hallarda təyinatlı dərman prepatlatının xəstələrin özləri tərəfindən alınıb istifadə edilməsi, xəstəxananın baş həkimi Nicat Cəlilovun qanunsuz əməl və hərəkətləri barədə məqalə dərc etmişdi.

    Məqalə azadlığa çıxan məhkumlardan və onların yaxın qohumlarından əldə etdiyimiz məlumatlar əsasında hazırlanmışdı. Lakin Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəhbərliyi Müalicə Müəssisəsinin baş həkimi Nicat Cəlilovun "dərman biznesi" və tibb müəssisəsinin normal fəaliyyət göstərməsinə əngəllər yaratması barədə məlumatımıza susqunluq nümayiş etdirdi.

    Müalicə Müəssisəsində olan keçmiş məhkumların bildirdiyinə görə daxil olan xəstələrdən məcburən rüşvət alınmasından ötrü onları karantin adı altında müalicə etmədən günlərlə qəbul şöbəsində saxlayır və bəzi xəstələri müalicə etmədən geri qaytarırlar. Həm də məhkum xəstələrdən şəraiti normal və sıxlığı az olan palatalara görə müxtəlif məbləğlərdə rüşvət alınır. Məhkum xəstələrin şikayətləri yoxlanılmır.

    Müalicə Müəssisəsində tibbi xidmətdən narazılıq edənləri müalicə kursu başa çatmamış çəza çəkmə müəssisələrinə qaytarırlar. Hətta ağır xəstəlikdən əziyyət çəkən bəzi məhkumlar fiziki işgəncələrə məruz qalırlar.

    Müalicə Müəssisəsinə daxil olan bahalı və keyfiyyətli dərmanlar istifadə edilmədən baş həkim Nicat Cəlilova və Baş Tibb İdarəsinin bəzi əməkdaşlarına məxsus olan apteklərdə satışa çıxarılır. Göründüyü kimi əldə etdiyimiz məlumatlar ciddi araşdırma tələb edir.

    Ümid edirik ki, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəhbərliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində baş verən olayları və baş həkim Nicat Cəlilovun qanunsuz əməl və hərəkətləri barədə qeyd etdiyimiz məlumatları araşdırıb müvafiq tədbir görəcəkdir.

    Araşdırmanı davam etdirəcəyik.

    Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

    Rafiq Çağlar


Xəbər lenti

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Ceyhun Nəbinin hədəfə atdığı Cümhuriyyət DAŞI, saxtakarların cümhuriyyətçi nifrəti

Ceyhun Nəbinin namizədliyi niyə qeydə alınmadı?!

“Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin” -Vilayət Eyvazov

Oqtay Gülalıyevin hərarəti yüksəlib

Müsavat başqanı ABŞ səfiri ilə görüşdü

Canlı yayımda “intihar” edən gənc Sozcu.az-ı məhkəməyə verir

7GUN.az-da yaranmış texniki problemlər tezliklə həll olunacaq

“İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm" -Peyman Sadıqov

Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

Daha bir Azərbaycanlı siyasi mühacir saxlanılıb

ABŞ-ın Bakıdakı səfirliyi amerikalıları ehtiyatlı olmağa çağırıb

Prezidentdən Rusiya, Suriya və İrana xəbərdarlıq

"Diffamasiya cinayət olaraq qalır və bu, onlayn sahəyə də şamil edilib" -ATƏT DTİHB-in hesabatı

Sabiq icra başçısı rayonun abadlaşdırılmasını nədən “ATF” MMC-yə həvalə edib? - KÖRPÜ UÇURAN ŞİRKƏTƏ MİLYONLUQ TENDER

Eldar Nuriyev nazir müavini təyin edildi -SƏRƏNCAM

Nazir Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi -FOTO

Prezident Türkiyənin Ticarət nazirini qəbul etdi

Məktəblərində dəşhətli virus yayılıb: Bu xəstəlik keçicidir

Məhkəmə Cavid Şirəliyevin iddiasını təmin etdi

Ceyhun Həsənovun Çingiz Əhmədovun əməllərindən məlumatı varmı?

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya