Vəkil:"Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim?"

Şrift : |
Tarix :29-11-2019, 05:55
Bölmə : Cəmiyyət
Kömək :    
Like :
Like :

    Vəkil Şəhla Hümbətova Azərbaycan Vəkillər Kollegiyasının onun səlahiyyətlərindən məhrum edilməsi haqqında qərarını ədalətsiz hesab edir.


    7GUN.az-ın Turan.az-a istinadən məlumatına görə, o, Facebook səhifəsində bildirir ki, ona qarşı qərar iki əsasla qəbul edilib. Birincisi 6 aydan çoxdur Vəkillər Kollegiyasına üzvlük haqqını ödəmədiyinə görə. Amma o, hələ fevral ayında 7 aylıq ilkin ödəniş olaraq 409 manat ödəyib. Amma indi məlum olur ki, bu vəsait əvvəlki dövr üçün hesablanıb.

    O qeyd edir ki, bir müddət əvvəl yenə əvvəlcədən 6 aylıq haqq ödəyib. Bu zaman isə bloger Mehman Hüseynovun işi ilə əlaqədar ona qarşı intizam icraatı başlayıb. "Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim? Bütün bu müddət ərzində mənə qarşı heç bir irad irəli sürülməyib, ödəniş etməli olduğum deyilməyib", deyə Hümbətova qeyd edib.

    "Sənədin saxtalaşdırılması" haqqında ikinci irada gəlincə, 2018-ci ildə bir qadın miras məsələsi ilə bağlı ona müraciət edib. "Biz razılaşdıq ki, üç min manata işi əvvəldən sonadək aparacağam, istədi və israr etdi ki, vəkilə ödədiyi pulun qarşı tərəfdən alınması iddia tələblərindən biri olsun. Bunun üçün bütün məbləği mənə ödəməsini istədim ki, məhkəməyə qəbz təqdim edə bilim.

    O, görüşəndə 1000 manat gətirdi, qalan məbləği sonra verməyə söz verdi. İş məhkəməyə getdi, amma o, pulu gətirmədi. İddia təmin edilmədi. İşin üstündən bir ildən çox keçib.

    İzahatımda yazdım ki, qadının "mənə atdığını" yazdım. Belə ki, mən ona ziyan vurmadım, əksinə, qadına inanmaqla sadəlövhlük etmişəm.

    Həmin vaxtdan bir il yarım vaxt keçib və qanunla intizam tədbiri yalnız bir il müddətində görülə bilər", deyə yazan Hümbətova əlavə edir ki, anlaşılmazlığın aradan qaldırılacağına ümid edir.

    Vəkil qeyd edir ki, vəziyyətə aydınlıq gətirmək üçün Kollegiya sədri Anar Bağırovla görüşməyə müvəffəq olmayıb.

    Hümbətova hesab edir ki, onun barəsində səlahiyyətlərinə xitam verilməsi ilə bağlı olmayan başqa intizam tədbiri qəbul edilə bilər.

    Hümbətova hüquq müdafiə işləri ilə məşğul olması ilə məşhurdur. O, bir sıra siyasi məhbusların, o cümlədən məşhur hüquq müdafiəçisi İntiqam Əliyevin hüquqlarını müdafiə edib.

    O, həmçinin inzibati işlər üzrə həbs edilmiş fəalların müdafiəsi üzrlə proseslərə çıxıb.

    İndiyədək müxalifətçilərin işlərini müdafiə edən və vətəndaş hüquqlarının pozulması məsələləri ilə bağlı proseslərdə çıxış edən 10-dan çox vəkil uydurma səbəblərlə səlahiyyətlərindən məhrum edilib.


Xəbər lenti

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Ceyhun Nəbinin hədəfə atdığı Cümhuriyyət DAŞI, saxtakarların cümhuriyyətçi nifrəti

Ceyhun Nəbinin namizədliyi niyə qeydə alınmadı?!

“Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin” -Vilayət Eyvazov

Oqtay Gülalıyevin hərarəti yüksəlib

Müsavat başqanı ABŞ səfiri ilə görüşdü

Canlı yayımda “intihar” edən gənc Sozcu.az-ı məhkəməyə verir

7GUN.az-da yaranmış texniki problemlər tezliklə həll olunacaq

“İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm" -Peyman Sadıqov

Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

Daha bir Azərbaycanlı siyasi mühacir saxlanılıb

ABŞ-ın Bakıdakı səfirliyi amerikalıları ehtiyatlı olmağa çağırıb

Prezidentdən Rusiya, Suriya və İrana xəbərdarlıq

"Diffamasiya cinayət olaraq qalır və bu, onlayn sahəyə də şamil edilib" -ATƏT DTİHB-in hesabatı

Sabiq icra başçısı rayonun abadlaşdırılmasını nədən “ATF” MMC-yə həvalə edib? - KÖRPÜ UÇURAN ŞİRKƏTƏ MİLYONLUQ TENDER

Eldar Nuriyev nazir müavini təyin edildi -SƏRƏNCAM

Nazir Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi -FOTO

Prezident Türkiyənin Ticarət nazirini qəbul etdi

Məktəblərində dəşhətli virus yayılıb: Bu xəstəlik keçicidir

Məhkəmə Cavid Şirəliyevin iddiasını təmin etdi

Ceyhun Həsənovun Çingiz Əhmədovun əməllərindən məlumatı varmı?

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya