KXCP üvündən Sərdar Əlibəyliyə sərt ittihamlar

Şrift : |
Tarix :4-10-2019, 09:07
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 127 dəfə
Like :
Like :

    Nisəxanım Vəliyeva: "Gədə sən özünsən, Sərdar Əlibəyli"

    "Gədələr də öz həddini biləcək". Bu ifadə Sərdar Əlibəylinin ifadəsidir. Hər kəslə öz dilində danışmaq lazım olduğunu bildiyimdən və "yeddi oğul istərəm" filmində Gəray bəyin işlətdiyi "gədələr" ifadəsinə Cəlalın dediyi kimi gədə sən özünsən, Sərdar Əlibəyli. Sən bir tərəfdən AXCP üzvlərindən söyüş söyənləri qınayırsan, digər tərəfdən özün insanları təhqir edirsən.

    7GUN.az xəbər verir ki, bu sözləri KXCP üzvü Nisəxanım Vəliyeva özünün feysbuk səhifəsində yazıb:

    "Mənim üçün Sərdar Əlibəyli kimdir? Sərdar Əlibəyli milli hökumətimizi dağıdan, Heydər Əliyevin gəlişində müstəsna rolu olan Şuşanı verib, lakin başına gülləni çaxmayan Rəhim Qaziyevlə və mitinq iştirakçılarının yaddaşında "oturun, qalxın" kimi yadda qalan, Elçibəyi bir başa təhqir edən, onu əyyaş adlandıran Nemət Pənahlının yanında olan bir kəs. Bugün də təəssüflər olsun ki, KXCP sədri Mirmahmud Mirəlioğlu da onlarla bir yerdədir.

    Şirin Cəfəri Oqtay Gulalıyevlə nəinki bir partiyada, hətta bir özəkdədirlər. Bugün partiyanın üzvü olmayan Sərdar Əlibəyli KXCP sədrinin maraqlarına uyğun danışırsa, niyə Şirin Cəfəri Oqtay Gulalıyevi müdafiə etməsin? Niyə sənə olar, ona yox? Sərdar Əlibəyli, Şirin Cəfəri Ali Məclisin üzvüdür, sən də utanmadan buna don geyindirib hətərən-pətərən danışırsan. Əgər elə olmasaydı sənin müdafiə etdiyin Mirmahmud Oqtay Gulalıyevi qanunsuz olaraq Ali Məclis üzvlüyündən çıxartdığı kimi, sonra da öz haqqını tələb etmək məqsədilə Ali Məclisə gələn Oqtay Gulalıyevi tərbiyəsizcəsinə ( səs yazısı var) məclisdən çıxartdığı kimi, ona da imkan verməzdi ki, sessiyada iştirak etsin.

    Sərdar Əlibəyli KXCP üzvü olmadan partiyanın mətbuat xidmətində çalışırsa ( bəlkə də gizlin onu üzv də seçib) deməli KXCP-dən rəhimlərin, nemətlərin iyi çoxdan gəlməsinə baxmayaraq indi özləri və ətrafı da buranı bürüyəcək. Gör nə günlərə qaldın KXCP?

    Sərdar Əlibəyli, onu da deyim ki, Oqtay Gulalıyevin Əli Kərimlinin "yanında" olması ( bu ifadə Sərdar və Mirmahmud bəylərə məxsusdur) söhbətini dostun Mirmahmud o qədər deyib ətrafdakıların beynini doldurub ki, sənin işlətdiyin köhnə kartdır. Qrantı isə prezidant yanında ( bunun nə demək olduğunu hamı başa düşür) QHT təşkilatlarının rəhbərləri alır ki, buna da partiyamızda olub Mirmahmudu müdafiə edənlərdir. Mirmahmudun işlətdiyi say qədər mən onu da deyim ki, Oqtay Gulalıyevi Milli Şuraya Mirmahmud aparıb. Yəni Mirmahmudun tələbi ilə KXCP partiya olaraq Milli Şuraya daxil olub və üzvləri də Mirmahmud seçib. Əgər Oqtay Gulalıyev Əli Kərimlidən qrant alırsa, Mirmahmud Rüstəm İbrahimbəyov projesində Rusiyaya xidmət edərək alıb. Mirmahmud pul almaq məsələsini bu yaxınlarda neçə illər bir yerdə olduğu Əhməd Oruc da deyir. Özü də Müsavat TV-də etiraf edir. İndi özünə bəraət qazandırmaq üçün guya borc alıb və "bunun kimsəyə dəxli yoxdur" deyirsə bu nağıldır. Borcu bankdan götürürlər, borcu yaxın adamdan götürürlər, borcu məmurdan almırlar, həm də bu müxalifət partiyasının sədri üçün ikiqat düz deyil. Bu bizləri aldatmaqdan başqa bir şey deyi. Digər tərəfdən oğlunun FHN-də işləməsinə də çalışır don geyindirsin. Nə bilim oğlum filan yerlərdə işləyib, mən qabaqlar belə demişəm. Keçmişlə sığortalana bilməzsən. Oğlun müdür və başının üstündə Heydərin və İlhamın şəkli. Niyə bizim uşaqlar elə yerlərə düzələ bilmir?

    Sizlər öz gözündə tiri görməyib başqa gözlərdə qıl axtaranlarsınız. Sən elə bu davranışınla söyülməli adamsan, Sərdar bəy"-deyə Nisəxanım Vəliyeva qeyd edib.


Xəbər lenti

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

"Mən iki gələcək əsgər böyüdürəm, onlara nə deyəcəm?" -Aksiya iştirakçısı

Məhkum aclıq aksiyasına qərar verdi

"RUN GROUP" MMC-in "dəmir ledisi"

KXCP üzvləri sədrin istefasını tələb edir

Hüquq müdafiəçisi həmkarının müdafiəsinə qalxdı

Fuad Əhmədli Penitensiar Xidmətin xəstəxanasına köçürülüb

Jurnalist Polad Aslanovun həbs müddəti uzadılıb

"Rektor deyir ki, müəllimlərin maaşlarının qaldırılmasından söhbət belə gedə bilməz"

'Gündəm Xəbər'' Mətbuat Şurasının yalanlarını ifşa etdi- FOTOFAKT

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!