Ruslan Əmirli 30 sutka həbs edilib

Şrift : |
Tarix :11-09-2019, 05:40
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 64 dəfə
Like :
Like :

    Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsi Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verib. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisə tabe olmamaq) maddələri ilə təqsirli bilinib. 7GUN.az xəbər verir ki, bu barədə Turan-a AXCP-dən fəalın vəkilinə istinadən bildiriblər.

    Polisin məlumatına görə, "Əmirli küçədə ünvansız söyüş söyüb, polis əməkdaşları ona irad tutarkən tabe olmayıb".

    Əmirli ittihamları rədd edərək bildirib ki, bacısının müalicə olunduğu Milli Onkologiya Mərkəzinin binasından çıxarkən onu mülki geyimli şəxslər saxlayıblar.

    Müdafiə tərəfi saxlanma yerində videomüşahidə kamerasındakı qeydlərə baxılması və şahidlərin çağırılması barədə vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti təmin etməyib. Müdafiə tərəfi apellyasiya verəcək.

    AXCP fəalları məhkəmə zalına buraxılmayıb. Polis qüvvələri onları məhkəmə binasının yanında sıxışdırıblar. AXCP fəalı Təzəxan Mirələmlini bərk itələyiblər, o yıxılaraq xəsarət alıb.


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!