Ombudsman aparatının nümayəndələri təcridxanada aclıq edən jurnalistlə görüşüb- AÇIQLAMA

Şrift : |
Tarix :15-08-2019, 22:04
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 151 dəfə
Like :
Like :

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri 1 saylı Bakı İstintaq Təcridxanasında başçəkmə həyata keçirib. 7GUN.az Amerikaninsesi.org-a istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

    Başçəkmədə məqsəd müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin, habelə Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılması olub.

    MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər konfidensial qaydada qəbul olunub, onların müraciətləri və qaldırdıqları məsələlər araşdırılıb, bir sıra müraciətlər yerində təmin edilib.

    Başçəkmə çərçivəsində qida qəbulundan imtina etməsi ilə bağlı barəsində internet səhifələrində məlumat yayılan İkram Rəhimov da MPQ üzvləri tərəfindən qəbul edilib və müraciəti dinlənilib.

    Rəhimov barəsində məhkəmə icraatında olan cinayət işinin baxılması ilə əlaqədar aclıq aksiyasına başladığını bildirib, müvafiq köməklik göstərilməsi üçün Ombudsmana ərizə ilə müraciət edib. O, müəssisənin tibb sanitar hissəsinə yerləşdirilib, səhhəti həkim nəzarətindədir. Rəhimovun ərizəsi nəzərə alınması üçün Ombudsman tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

    Yekunda MPQ üzvləri tərəfindən saxlanılan şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə söhbətlər aparılıb və müvafiq tövsiyələr verilib.

    Başçəkmənin nəticəsi və qəbul olunmuş digər ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.

    İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. O, həbsindən öncə Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Məhkəmədə bunu bir daha bildirib.

    İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-da Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun işi üzrə ilkin iclas olub. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsində şahidlərin və zərəçəkənlərin ifadələri saxtalaşdırıldığına görə onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb.

    Həmçinin vəkil xahiş edib ki, eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizası təyin edilsin. Lakin vəsatətlər təmin edilməyib. Növbəti iclas avqustun 21-nə təyin edilib. İkram Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını bildirib.


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!