Keçid dövründə Güc və Hakimiyyət

Şrift : |
Tarix :21-06-2019, 20:04
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 146 dəfə
Like :
Like :

    Prezident İlham Əliyev iyunun 20-də güc qurumlarının sıralarında rotasiya həyata keçirib.

    24 illik staja malik daxili işlər naziri Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edilib. Əvvəllər bu vəzifəni Prezident Administrasiyasının rəhbəri, sovet partnomenklaturasının patriarxı Ramiz Mehdiyev yerinə yetirirdi. O, səhətti ilə əlaqədar və prezident tərəfindən administrasiya idarəetməsinin mərkəzləşdirilməsinin güclənməsi şəraitində əvvəlki illərdə olduğu qədər fəal deyil.

    Usubovun yerini onun yetiştirməsi və sadiq xidmət yoldaşı, 1-ci müavini 51 yaşlı Vilayət Eyvazov tutub. O, uzun illər beynəlxalq ictimaiyyətin böyük marağını cəlb edən trafikinqə qarşı mübarizə sahəsinə rəhbərlik edib.

    Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri, Milli Qəhrəman adına malik peşəkar polis Mədət Quliyev elə dünən yenidən bərpa edilmiş Müdafiə Sənayesi Nazirliyinin rəhbəri təyin edilib. Bu, onun ordunun silah təchizatı və silahların vəziyyəti, dolayısı ilə heç də yaxşı münasibətləri olmayan hərbiçilər üzərində nəzarəti gücləndirmək imkanı verəcək. Ən yeni nümunə hərbi komandanlığın və hərbi prokurorluğun saxta ittihamları ilə bir qrup zabitin işgəncəyə məruz qoyulması və öldürülməsi ilə nəticələnən "Tərtər işi"dir. İşin üstü DTX-də açılıb, zabitlər isə bəraət alıblar.

    Quliyevin yerini dünənə qədər Baş Prokurorluq yanında antikorrupsiya idarəsinin rəis müavini, peşəkar çekist Əli Nağıyev tutub. O, doğma yerinə qayıdır, burada təcrübəli peşəkar kadrlara tələbat və sistemin müasir tələblərə və çağırışlara uyğun yenidən qurulmasına ehtiyac var. Nağıyev artıq xüsusi xidmətlərə nazirin birinci müavini vəzifəsində rəhbərlik edib.

    Çağırışlar

    Çekist-polis sisteminin belə gücləndirilməsi, ölkədə möhkəm qayda-qanunu qüsursuzca təmin etmiş qocaman polisin əsas koordinatora çevrilməsi dövlətin və cəmiyyətin dövlət maşınının səfərbər edilməsini tələb edən ciddi sınaq dövrünə qədəm qoyduğunu göstərir.

    Ciddi sınaqlar sosial-iqtisadi böhrandan, cəmiyyətin bütün təbəqələrində artan narazılıqdan, islahatlara artan ictimai ümidlərdən, genişlənən informasiya azadlığından ibarətdir.

    Xarici sınaqlar Qərbin islahatlar aparmaq tələbində, Qərbin regionda güclənməsindən Rusiyanın narazılığında, dərinləşən İran-ABŞ böhranında özünü büruzə verir.

    Prezidentdən siyasi meydanda getdikcə daha çox üstünlük təşkil etməyə başlayan və ətrafında postsovet dövrünün gənc kadrlarından ibarət blok formalaşan və günün tələblərinə daha çox cavab vermək iqtidarında olan birinci vitse-prezident Mehriban Əliyevaya qədər hakimiyyətin mümkün tranzaksiyasını diqqətdən kənarda qoymamaq lazımdır.

    Bu kadrlar bu gün struktur dəyişiklikləri və islahatlar prosesinə cəlb edilib, bu proses ardıcıl olmaması ilə fərqlənir ki, bu da klanların daxili fikir ayrılıqları və islahat aparmaq zərurəti və istəksizliyi arasında mübarizə ilə şərtlənib. Tranzaksiya nisbi zaman ala bilər və buna görə bu proses rejimin əleyhdarlarının və cəmiyyətin narazı təbəqələrinin kəskin şəkildə fəallaşması ehtimalına qarşı güc blokunun dəstəyini tələb edəcək.

    İstənilən halda, 2015-ci ildə sistem böhranının başlamasından sonra az da olsa güclənən prosesin getdikcə daha dinamik və dramatik hal aldığını görürük. Dinamika Qərbin öhdəliklər və vədlər sahəsində təzyiqində və cəmiyyətin təzyiqində sezilir, bu, etiraz aksiyalarının sayının artmasında və müxalifətin yüksək məmurlara qarşı güclənən informasiya hücumlarında özünü göstərir, internet azadlığı şəraitində bu hücumlarda hakimiyyət uduzur.

    Sonrakı dövrlərdə prezidentin dövlət idarəçiliyi sisteminin optimallaşdırılması üzrə, habelə əhali üçün sosial imtiyazlar sahəsində yeni addımlarının şahidi olmalıyıq. Qərblə münasibətlərdə hakimiyyət öhdəliklərin yerinə yetirilməsini maksimum uzatmağa çalışacaq. Hakimiyyətin fikrincə, bu öhdəliklərin həyata keçirilməsi sistemin və hakimiyyətin tranzaksiyası şəraitində rejimin təməlini zəiflədə bilər. O, həmçinin indiyədək ənənəvi olaraq etdiyi kimi, tarazlığın pozulmasına yol verməmək üçün digər güc mərkəzlərindən uzaq duracaq.

    Mehman Əliyev
    Turan.az


Xəbər lenti

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna vəzifə verdi

Almaniya və Azərbaycan arasında siyasi məsləhətləşmələr olacaq

Gəncədə saxlanılmış etiraz iştirakçıların azad ediliblər

Mayın 13-də heç bir şey imzalanmayacaq

Azad Həsənovun işi üzrə məhkəmədə

Gəncədə etiraz aksiyası keçirilib

Jurnalist Əfqan Muxtarlının səhhəti pisləşib

Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!