Rəfael Mehralıyev kimdir?

Şrift : |
Tarix :17-05-2019, 01:19
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 376 dəfə
Like :
Like :

    Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin səlahiyyətləri əlindən alındı; onu MTN işinə görə həbsdə yatan Vidadi Zeynalovla birləşdirən məqamlar var

    Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyevin səlahiyyətlərini əlindən alıb. Gundemxeber.Az unikal.org-a istiandla xəbər verir ki, E.Əzizov Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin səlahiyyətlərini meriyanın tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayevə həvalə edib.E.Əzizovun bu qərarı verməsinə səbəb departamentin özündə və tabeçiliyində olan qurumlarda rüşvət və korrupsiya faktları aşkarlanması, paytaxtın bəzi dövlət obyektlərinin tikintisi, yenidən təmiri zamanı baş vermiş korrupsiya faktlarının üzə çıxmasıdır. Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, məktəb və uşaq bağçaları, eləcə də digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır.
    Rəfael Mehralıyev kimdir?





    Musavat.com bildirir ki, Rəfael Mehrəliyevin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi postuna gətirilməsi bu yaxınlarda həbsdən buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun ciddi dəstəyi ilə olub. R.Mehrəliyev dəfələrlə V.Zeynalovla qohumluğunu inkar etməyə çalışıb. Bildirilir ki, BŞİH-də departament rəisinin qardaşı, Naftalanın polis rəisi işləmiş polkovnik Mübariz Mehralıyev V.Zeynalovun yeznəsidir.

    Aparat rəhbərinin həbsindən dərhal sonra mətbuat səhifələrində Rəfael Mehrəliyevin də bilavasitə iştirak etdiyi bir çox irimiqyaslı maxinasiyalar barədə informasiyalar yayılmağa başladı. Hətta bildirilirdi ki, həbsinə qədər bu departament V.Zeynalovun təsir dairəsində olub, bu sahəyə ayrılan büdcə vəsaitlərinin xərclənməsinə qeyri-rəsmi olaraq məhz sabiq aparat rəhbəri nəzarət edib.

    Mediadakı araşdırmalardan belə məlum olur ki, V.Zeynalov Bakı Şəhər Maliyyə İdarəsinin rəisi işləyərkən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə yeznəsinin qardaşı Rəfail Mehralıyevi təyin etdirib. Məhz qohumunun bilavasitə iştirakı ilə Bakının mənzil kommunal təsərrüfatı sahəsinə qeyri-rəsmi nəzarət edilib. V.Zeynalov nazirliyə gətiriləndən sonra o, Rəfael Mehralıyevi Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə rəis təyin etdirib. O da bu vaxtadək işində qala bilib. Mənbə iddia edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehralıyev əsasən V.Zeynalovun göstərişlərini yerinə yetirib. Vidadi Zeynalov da Rabitə Nazirliyində otura-otura MKT-yə ayrılan pulların idarə olunmasında birbaşa iştirak edib. Rəfael Mehrəliyevin Türkiyədə özünün və yaxın adamlarının adına biznesi olması xəbəri də yeni deyil.

    Gözlənilir ki, yaxın günlərdə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentində köklü kadr islahatları aparılacaq. Rəfael Mehralıyev və ona yaxın işçilər, MİS rəisləri vəzifədən uzaqlaşdırılacaq.


Xəbər lenti

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna vəzifə verdi

Almaniya və Azərbaycan arasında siyasi məsləhətləşmələr olacaq

Gəncədə saxlanılmış etiraz iştirakçıların azad ediliblər

Mayın 13-də heç bir şey imzalanmayacaq

Azad Həsənovun işi üzrə məhkəmədə

Gəncədə etiraz aksiyası keçirilib

Jurnalist Əfqan Muxtarlının səhhəti pisləşib

Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Şeyxin nəzir qutularının milyonları Karlovı-Varıya daşınır?

Cavid Qurbanovun “Topaz” triosu

“Bu dövrün sabahı qorxudur məni”

Hüquq müdafiəçisi Bütöv Azərbaycan Gənclər günü ilə əlaqədar çağrış etdi!-24 aprel

İqtidar sərbəst toplaşmaq azadlığını niyə təmin etmir?

Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin binası qarşısında etiraz aksiyası keçirilib

Şahmar İbadovun oğluna görə qanuna tüpürən hakim...

Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!