Aclıq edən fəallar başqa-başqa müəssisələrə köçürülüblər

Şrift : |
Tarix :21-01-2019, 02:29
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 409 dəfə
Like :
Like :

    Elçin İsmayıllı və Əhməd Nuruzadə 13 saylı CM-dən aparılıb

    Bloger Mehman Hüseynova dəstək olaraq, 13 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən fəallar - jurnalist Elçin İsmayıllı və "Müsəlman Birliyi Hərəkatı"nın koordinatoru Əhsən Nuruzadənin yeri dəyişdirilib.

    Meydan TV-yə daxil olan məlumata görə, E.İsmayıllı 17 saylı, Ə.Nuruzadə isə 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

    Bu fəallar 13 saylı cəzaçəkmə müəssisəsində saxlanan "Nida” Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə və Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra həbs olunan Bayram Məmmədovla birlikdə yanvarın 13-dən aclıq aksiyasına başlayıb.

    Bu haqda Meydan TV-yə məlumat verən fəalların yaxınları bildiriblər ki, bütün təzyiqlərə baxmayaraq, aclığı dayandırmadıqlarına görə onları bu cür ayırıblar:

    "İlkinlə Bayramı 13 saylıda saxlayıblar, bu ikisini köçürüblər. Bildiyimizə görə, yenə də hamısı aclığı davam etdirirlər”.

    Heydər Əliyevin heykəlinə şüar yazıldıqdan sonra həbs olunan digər fəal Qiyas İbrahimovun da 2 saylı cəzaçəkmə müəssisəsində aclığı davam etdirdiyi bildirilir.

    Anası Şura Əmiraslanovanın sözlərinə görə, oğlunu aksiyanı dayandırması üçün yola gətirməyə çalışsa da, Qiyas fikrindən daşınmayıb.

    İ.Rüstəmzadənin bacısı Türkan Rüstəmzadə də qardaşıgilin 8 gündür aclığı davam etdirdiyini bildirib. Ə.Nuruzadə və E.İsmayıllının köçürülməsini o da təsdiqləyib.

    Penitensiar Xidmət isə həbsdə olan şəxslərin aclıq aksiyası keçirməsi barədə məlumatları təkzib edir. Fəalların başqa cəzaçəkmə müəssisələrinə köçürülməsi barədə məlumatları isə şərh etmir. Bildirilir ki, qanun məhbusların yeri barədə informasiya verməyi qadağan edir.


Xəbər lenti

Oktay Gülalıyev Yalçın İmanovu təbrik etdi

“Nəzrə almağınızı xahiş edirik”

Baş Prokurorluq Polad Aslanovun şikayətini araşdırır

Oktay Gülalıyev: "Bu “mübarizə” bumeranq təsiri yaradır…"

Beyləqanda Suvarma Sistemləri İdarəsi özəl mülkə çevrilib? – Ölü canlar, satılan qoyunlar, daha nələr…

Ombudsman aparatının nümayəndələri təcridxanada aclıq edən jurnalistlə görüşüb- AÇIQLAMA

Knut OlavAmos: “Regionda mətbuat azadlığı sahəsində vəziyyət o qədər acınacaqlıdır ki...”

Məhkəmə zalında olan Penitensiar Xidmətin əməkdaşları gözyaşardıcı qazdan istifadə etdilər -VİDEO

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!