Ağsuda üstü açıq transformator sakinlərə təhlükə yaradır -ŞİKAYƏT

Şrift : |
Tarix :25-10-2019, 00:00
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 173 dəfə
Like :
Like :

    Ağsu rayon Babək küçəsində bərbad vəziyyətdə olan üstü açıq transformator əhalinin narazılığına səbəb olub.

    7GUN.az-ın məlumatına görə Sozcu.az saytına yazan Ağsu sakinləri bildirirlər ki, qurğu həm köhnə, həm də üstü açıq olduğundan bütövlükdə məhəllə sakinlərinə təhlükə törədir. Yağış yağanda isə təhlükə daha da böyük olur.

    Sakinlər bildirirlər ki, transformatoru məhəllə sakinləri özlərinin vəsaiti ilə alıb. Ancaq uzun illərdir ki, qurğuya baxan yoxdur. Naqillər uşaqların əlləri çatan yerdədir. Hər yağış yağanda məhəllənin işıqları sönür, yağış kəsəndə güclə bərpa etmək mümkün olur.

    Taransformatorun dəyişdirilməsini tələb edən məhəllə sakinləri qeyd ediblər ki, transformator dəyişdirilməsə, nə vaxtsa ciddi bir ziyanlıq yaradacaq və ondan sonrakı peşmançılıq heç bir fayda verməyəcək.


Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!