Sorğuya gecikmiş cavab

Şrift : |
Tarix :14-10-2019, 01:58
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 145 dəfə
Like :
Like :

    7GUN.az körpələr evi-uşaq bağçalarındakı mövcud vəziyyətlə bağlı araşdırma aparmaq məqsədilə 30 aprel 2019-cu il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinə yazılı sorğu ilə müraciət etmişdir.

    Sorğuya qanunvericiliklə müəyyən edilmiş vaxtda cavab verilmədiyinə görə tərəfimizdən Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi yazılmışdır. İddia ərizəmiz Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatındadır. Lakin Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılovun imzası ilə 30 aprel 2019-cu il tarixli sorğumuza 30 sentyabr 2019-cu il tarixdə (4 ay sonra) cavab göndərilmişdir. Göründüyü kimi Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılov mövcud qanunvericiliyin tələblərini kobcasına pozmuşdur. Belə ki, sorğuya qanunla müəyyən edilmiş vaxtda cavab verilməmişdir.

    Hesab edirik ki, həmin sorğu ilə bağlı Şəki İnzibati-İqtisadi Məhkəməsində məhkəmə araşdırması aparıldığı bir vaxtda Mingəçevir şəhər İcra Hakimiyyətinin sorğuya 4 ay sonra cavab verməsi hal-hazırda bizim üçün hüquqi əhəmiyyət kəsb etmir.

    7GUN.az olaraq biz pozulmuş hüquqlarımızı yalnız məhkəmələr vasitəsi ilə bərpa etməyə çalışırıq.

    7GUN.az


Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!