"Mən iki gələcək əsgər böyüdürəm, onlara nə deyəcəm?" -Aksiya iştirakçısı

Şrift : |
Tarix :7-10-2019, 04:20
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 67 dəfə
Like :
Like :

    "Tərtər işi” üzrə ölən və həbs olunan hərbçilərin yaxınları oktyabrın 7-də Müdafiə Nazirliyinin Bərdə rayonundakı qoşun hissəsinin qarşısında etiraz aksiyası keçiriblər. 7GUN.az-ın "Turan”-a istinadən məlumatına görə, aksiya iştirakçıları üzərində ölənlərin və həbs edilənlərin fotosu olan köynəklər geyiniblər.

    Aksiyaçılar baş vermiş hadisələrlə bağlı ədalətli araşdırma aparılmasını, həbsdə olan hərbçilərin azadlığa buraxılmasını tələb ediblər.

    "Mən iki gələcək əsgər böyüdürəm, onlara nə deyəcəm? Onları əsgərliyə necə göndərəcəm? Uşaqlarım indidən deyirlər ki, atamızın qatilini tapacağıq. Ədalətli araşdırma tələb edirik”, - aksiya iştirakçılarından biri deyib.

    Onlar yaxınlarının ölümündə korpus komandiri Hikmət Həsənovu günahkar bilir.

    Nümayişçilər bütün vəzifəli şəxslərin postdan kənarlaşdırılmasını və onların cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.

    Aksiya iştirakçılarının qarşısına zabit çıxaraq hissə komandirinin onları qəbul edəcəyini vəd edib. Lakin etirazçılar vədlərə inanmadıqlarını bildiriblər.

    Aksiya yerinə polis qüvvələri cəlb edilib. Etirazçıların bəzisinin halı pisləşib. Bundan sonra aksiya iştirakçıları dağılışıblar.

    2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq, saxlanılan hərbi qulluqçular və mülki şəxslərdən ibarət qrupu Ermənistan xüsusi xidmətinin xeyrinə casusluqda ittiham ediblər.

    Mayın 3-də Azərbaycan Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Yuxarıda sadalanan güc qurumlarının əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.

    Saxlanılan şəxslər müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Lakin tezliklə məlum olub ki, istintaq zamanı ən azı 8 şübhəli işgəncələrdən ölüb. Sonradan təkrar istintaq zamanı dörd mərhuma bəraət verilib, onlara qarşı ittihamları saxtalaşdıran müstəntiqlər isə 7 ilədək azadlıqdan məhrum ediliblər.


Xəbər lenti

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

"Mən iki gələcək əsgər böyüdürəm, onlara nə deyəcəm?" -Aksiya iştirakçısı

Məhkum aclıq aksiyasına qərar verdi

"RUN GROUP" MMC-in "dəmir ledisi"

KXCP üzvləri sədrin istefasını tələb edir

Hüquq müdafiəçisi həmkarının müdafiəsinə qalxdı

Fuad Əhmədli Penitensiar Xidmətin xəstəxanasına köçürülüb

Jurnalist Polad Aslanovun həbs müddəti uzadılıb

"Rektor deyir ki, müəllimlərin maaşlarının qaldırılmasından söhbət belə gedə bilməz"

'Gündəm Xəbər'' Mətbuat Şurasının yalanlarını ifşa etdi- FOTOFAKT

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!