“Nəzrə almağınızı xahiş edirik”

Şrift : |
Tarix :17-08-2019, 00:58
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 188 dəfə
Like :
Like :

    Bu ifadə Prezidentə, nazirlərə, komitə sədrlərinə və Agentlik rəhbərlərinə müraciət edən şikayətçilərə cavab məktublarında sonda cümlə olaraq işlədilir. Cavab məktublarının təsviri hissəsində tədbir görülməsinin mümkünsüzlüyüni ifadə edən cümlələri analiz etdikdə qənaətimiz bundan ibarətdir: "Vallah", "Allaha and olsun gücümüz çatmır", "bizi bağışlayın", "sizə and veririk bizi bəlaya salmayın", "xətanızı bizdən uzaq edin" və.s

    Mənə verdiyiniz cavabda mən nəyi nəzərə almalıyam? Mən nəzərə almıram və almayacağam! Mən sizlərə məktub ünvanlayıram ki, qum-çınqıl karxanaları satılması üçün Araz çayının məcrası dəyişdirilib, mühafizə zolağı məhv edilib, örüş yerləri satılıb, heyvanlar tökülüşüb İmişlinin küçələrinə, gündüz günorta çağı yazıq baxışlarla üzümüzə baxırlar. Biz heyvanların gözünə baxa bilmirik. Nəyi nəzərə almalıyam? Göstərdiyim faktları araşdırın, tədbir görün, mən də nəzərə alım.

    Mən yazıram ki, Azərbaycanda nadir sayılan “Tuqay meşləri” qırılıb məhv edilir, yerində bir deputat (adını dəfələrlə hallandırmışam) qarpız-yemiş-şomma” (!?) əkdirir, meşə yandırılır ki, torpaq sahəsi satılsın. İy-qoxu İmişlini bürüyüb, kimyəvi maddələrdən gələn orqanizim üçün zəhərli maddələr gələcək nəslimizin kökünü kəsəcək. Deyirsiz, nəzərə al! Meşələrin qırılması, yandırılmasının qarşısı alınsaydı kimyəvi maddələrin təsiri ən azından 50 % azalardı. Nəzərə almıram və almayacağam! Yazıram ki, İmişlinin mərkəzindən keçən “Nohur” arx deyilən su kanalının içərisi it, pişik, yollarda kəsilmiş heyvanların tullantıları ilə ağzına qədər dolub, təmizlənmir, camaat qırılıb-batır, təbiətin gücü çatmır bu zərər vericiləri məhv etməyə, pis qoxunu təmizləməyə. Mənə məktub ünvanlayırsınız ki, nəzərə almağınızı xahiş edirik. Bu ifadəni mənə yazmaqla həm də mənim təhlükəsizliyimi də qoruyursunuz, bunu dərk edirəm. Yəni “palaza bürün elnən sürün”. Hörmətli nazirlər, komitə sədrləri, Agentlik rəhbərləri, mən nəzərə alsam da iş bitmiş hesab olunmur. Siz nəzərə alın!
    Əgər bu fırıldaqlar barəsində vaxtında tədbir görülsəydi, mənə göndərdiyiniz cavab məktublarında məni ittiham edərdiniz. İndi mən Sizlərə üz tuturam: “Xahiş edirəm nəzərə alasınız”!

    Məhbub Əvəz oğlu Zülfüqarlı


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!