İcra başçısının xanım müavininin bağça biznesi

Şrift : |
Tarix :4-04-2019, 03:06
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 325 dəfə
Like :
Like :

    7GUN.az Azerbaycanrealligi.com-a istinadən xəbər verir ki, Neftçala rayonundan verilən məlumata görə, rayonda fəaliyyət göstərən uşaq baxçalarında acınacaqlı vəziyyət hökm sürür. Rayonda fəaliyyət göstərən uşaq baxçaları Neftçala şəhər icra nümayəndəsinə tabe olduğu üçün, baxçalara alınan ərzaq məhsullarının vəsaitinin xərclənməsinidə bu qurum həyata keçirir. Ancaq təəsüflər olsun ki, Neftçala Maliyyə idarəsindən şəhər icra nümayəndəliyinə baxçalara ərzaq alınması üçün ayrılan vəsaitlərin bir hissəsi mənimsənilir.Verilən məlumata görə, Neftçala kəndləri ilə bərabər şəhərin özündə fəaliyyət göstərən bir çox baxçalarda belə uşaqlar gündəlik normal qidalanmaya həsrətdirlər. Buna görədə valideyinlər hər gün uşaqlarına müxtəlif ərzaq məmulatları almağa məcburiyyətində qalırlar.

    Bu gün uşaq baxçalarındakı ərzaq çatışmazlığının əsl səbəbkarı rayon icra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqovadır. Baxçalara nəzarəti öz üzrərinə götürən Gültəkin Sadıqova dövlət və daxili büdcədən ərzaq məhsullarının alınması üçün ayrılan yüz min manatlarla vəsaitin bir hissəsini cibinə axıdır. Baxçalardakı ərzaq maxinasiyasında əldə olunan qazancın 40 faizi icra başçısı İsmayıl Vəliyevə çatdığı deyilir. Aparılan araşdırmada məlum oldu ki, hər il Neftçala şəhər və kəndlərindəki uşaq baxçalarına dövlət və rayonun daxili büdcəsindən 100 min manatlarla vəsait ayrılır. Ümumi vəsait təxminən 300-400 min manat təşkil etdiyi halda Neftçala baxçalarındakı ərzaq çatışmamazlığı bircə o anlama gəlir ki, rayon icra başçısı İsmayıl Vəliyev və müavini Gültəkin Sadıqova uşaqların adına ayrılan vəsaiti silərək mənimsəyirlər. Bunu məlumat verən mənbəmizdə təsdiqlədi və bildirdi ki, ”icra başçısı ilə müavini hər il baxça maxinasiyasında ən azı 150-200 min manat qazanc götürürlər”. Ancaq bu qazanc təkcə ərzaq mallarının alınması altında həyata keçirilmir. Belə ki, hər il rayon daxili büdcəsindən yuxarıda adını çəkdiyimiz kəndlərdə və Neftçala şəhərində yerləşən uşaq baxçalarının carı təmiri üçün 100-200 min manat arası vəsait ayrılır. Ayrılan vəsaitin isə 30 faizi aidiyyatı üzrə xərclənir. Yerdə qalan vəsait birbaşa icra başçısı ilə müavini və Neftçala Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov arasında bölüşdürülür.

    Bununla kifayətlənməyən Gültəkin Sadıqova hər baxça direktorundan aylıq 100 manat haqq alır. Bundan əlavə qeyd etmək istəyirik ki,Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələbləri kobud şəkildə pozulur. Belə ki, müəssisələrdə hazırlanan yeməklər texnoloji təlimat və reseptura olmadan hazırlanır, hazır qida istehlaka verilməzdən əvvəl təhsil müəssisəsinin səlahiyyətli nümayəndəsi və tibb işçisindən ibarət komissiya tərəfindən ona nəzarət edilmir, azyaşlılara verilməsi nəzərdə tutulan yeməklərin ekspertizası aparılmır. Həmçinin hazırlanan məhsullarda gündəlik qida rasionu tələblərinə əməl edilmir, yeməklərdə ət və ət məhsullarından istifadə olunmur. Müəssisələrin mətbəxi natəmiz vəziyyətdə saxlanılır, sanitar normalar pozulur.

    Araşdırmalarımız davam edir və yaxın günlərdə Gültəkin Sadıqovanın Neftçala rayon icra hakimiyətinin başçısı arsusuna düşməsi və bu istqamətdə kimlərlə danışıq aparması haqa genis yazı dərc edəcəyik


Xəbər lenti

Oktay Gülalıyev Yalçın İmanovu təbrik etdi

“Nəzrə almağınızı xahiş edirik”

Baş Prokurorluq Polad Aslanovun şikayətini araşdırır

Oktay Gülalıyev: "Bu “mübarizə” bumeranq təsiri yaradır…"

Beyləqanda Suvarma Sistemləri İdarəsi özəl mülkə çevrilib? – Ölü canlar, satılan qoyunlar, daha nələr…

Ombudsman aparatının nümayəndələri təcridxanada aclıq edən jurnalistlə görüşüb- AÇIQLAMA

Knut OlavAmos: “Regionda mətbuat azadlığı sahəsində vəziyyət o qədər acınacaqlıdır ki...”

Məhkəmə zalında olan Penitensiar Xidmətin əməkdaşları gözyaşardıcı qazdan istifadə etdilər -VİDEO

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!