Şəmkirin icra başçısının rüşvət tələbi əhalini təngə gətirib?

Şrift : |
Tarix :28-02-2019, 02:58
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 258 dəfə
Like :
Like :

    Sabiq vergilər naziri Fazil Məmmədovun keçmiş kadrı Alimpaşa Məmmədovun adı yeni qalmaqalda hallanır. Bir müddət öncə xəbər yayılmışdı ki, A.Məmmədov artıq F.Məmmədovun özünü rayona buraxmır.

    Bu dəfə isə icra başçısının adından təhsil və səhiyyə işçilərindən “yığım” tələbi rayonda ciddi narazılıq yaradıb. Bu haqda bir qrup təhsil işçisi gozetci.az-a məktub yazıb. Məktubda qeyd olunur ki, Şəmkir rayon təhsil işçiləri Alimpaşa Məmmədovun qanunsuz tələbləri ucbatından əziyyət çəkirlər. İddiaya görə Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov və rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski məktəblərdən qanunsuz rüşvət tələb edirlər. Sitat: “Dərs ili başlayandan hər məktəb direktoru 1500-2000 manat Təhsil Şöbəsinə haqq verməlidir. Amma məsələ təkcə bununla bitmir. Üzərindən iki ay keçməmiş rayonda tikilən yeni tibb müəssisəsinin işlərini tamamlamaq üçün təhsil işçiləri hər məktəbə 500-700 manat dekabr ayında pul verdilər. İndi isə rayonda yarımçıq qalmış abadlıq işlərini tamamlamaq adıyla 500 manat gətirmək tapşırılıb. Bu pul tələbi isə aşağı əmək haqqı alan müəllimlərin maaşından kəsilir. Müəllimlər direktora etiraz etdikdə isə bu barədə İH-nə müraciət etmələrini bildirərək deyir ki, mən burada tapşırıq yerinə yetirirəm. Hansı məktəbdən pul gec yığılırsa Təhsil Şöbəsi öz “cəza dəstələrini” həmin məktəblərə yoxlanışa göndərir. Yoxlanış dəstəsi isə nöqsanlara görə müəllimin əmək haqqının kəsiləcəyini bildirərək hədələyirlər. Bir sözlə, fevralın 23-də verilən tapşırıq budur ki, martın 1-nə kimi məktəblər 500 manat pul verməlidir. Qeyd edək ki, Şəmkir rayonunda 79 məktəb var. Alimpaşa Məmmədov icra başçısı kimi məktəblərə də çox müdaxilə edir. Yerli-yersiz yoxlamalar, tədbirlər müəllimlərlə bərabər şagirdləri də narahat edir”.

    Alimpaşa Məmmədovla bağlı təxminən eyni məzmunlu şikayətlər zaman-zaman olub. Alimpaşa Məmmədov 2018-ci ilin ilk iş həftəsində rayondakı idarə və təşkilatların müdirlərinə xəbər yollamışdı. Onlardan rayonda görüləcək işlər və yeni il ərəfəsi keçirilən bayram tədbirinin xərclərinin qarşılanması üçün dəstək istəmişdi. Həmin günlərdə yayılan xəbərlərə görə Şəmkirdəki idarə və təşkilatların rəhbərlərindən 3-5 min manat arası pul tələb olunurdu.

    Bu baxımdan Alimpaşa Məmmədovun təhsil işçilərindən “yığım” tələbi də inandırıcı görünür. /Teref.az/


Xəbər lenti

Oktay Gülalıyev Yalçın İmanovu təbrik etdi

“Nəzrə almağınızı xahiş edirik”

Baş Prokurorluq Polad Aslanovun şikayətini araşdırır

Oktay Gülalıyev: "Bu “mübarizə” bumeranq təsiri yaradır…"

Beyləqanda Suvarma Sistemləri İdarəsi özəl mülkə çevrilib? – Ölü canlar, satılan qoyunlar, daha nələr…

Ombudsman aparatının nümayəndələri təcridxanada aclıq edən jurnalistlə görüşüb- AÇIQLAMA

Knut OlavAmos: “Regionda mətbuat azadlığı sahəsində vəziyyət o qədər acınacaqlıdır ki...”

Məhkəmə zalında olan Penitensiar Xidmətin əməkdaşları gözyaşardıcı qazdan istifadə etdilər -VİDEO

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!