Gənc din xadimi Seyid İsa döyüldü, burnu və dişi sındırıldı. - Bu təxribatın İran tərəfindən baş verildiyi iddia edilir.

Şrift : |
Tarix :11-12-2018, 01:09
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    2 gün əvvəl gənc ilahiyyatçı Seyid İsa naməlum şəxslər tərəfindən Nizami metrosu yaxınlığında döyülüb, dişi və burnu sındırılıb.

    7GUN.az xəbər verir ki, bu barədə Azerbaycanrealligi.com-a onun özü məlumat verib. Onun sözlərinə görə, hadisə dekabrın 8-də 2 nəfər dindar tərəfindən törədilib. O, döyənlərdən birini tanıyıb, həmin şəxsi ilahiyyatçı Hacı Şahinə məxsus olan Məşədi Dadaş Məscidində gördüyünü bildirib, digərini isə ümumiyyətlə tanımadığını bildirir. O bildirir ki, bir neçə gün bundan öncə dövləti dəstəkləməyi ilə bağlı bir video çəkmişdi: "Həmin şəxs mənə zəng edərək sözügedən videonun silinməsini istəmişdi. Mən videonu silmədiyim üçün bunlar da mənimlə prinsipə düşmüşdülər. Maşından düşərək mənə yaxınlaşdılar, heç özüm də bilmədim, məni nə ilə vurdular. Özümdən getdim, sonra xəbər tutdum ki, ətrafda olan insanlar onların birini tutaraq polisə təhvil verib. Polis isə onları aidiyyatı üzrə 27-ci polis bölməsinə aparıb. Dünən onun biri ilə üzləşdim, Məhəmməd adlı şəxs idi. Həmin şəxs özünü dini xadim Xomneinin tərəfdarı kimi qələmə verir. Bildiyiniz kimi mən onların əleyhiniyəm, bunu sosial şəbəkədəki video çıxışlarımda da hiss edə bilərsiniz. Onlar bizim ölkədə dini dövlət qurmaq istəyirlər. Bunun da başında İran qüvvələri dayanır, onlara imkan verməməliyik."

    Seyid İsa onu da qeyd etdi ki, bu hadisə baş verməmişdən əvvəl ona İrandan hədələr gəlib: "Elə məni döyən də xomneiçi olub. Aldığım məlumata görə son vaxtlar ərizində o, 2 dəfə də İranda olub. Xomneinin Azərbaycandakı nümayəndəsi Seyd Əli Ocaq Necat tərəfindən mənə qarşı təxribat olacağı bildirilmişdi. Bəşər ziyarətinə gedənlərin çoxu Ərdəbildən keçir. Çox güman ki, məni döyən də İrandan göstəriş alıb. Hal-hazırda, baş vermiş hadisəni hüquq-mühafizə orqanları araşdırır. Məni döyən bu adam heç yerdə işləmir. Bölmədə də bildirdi ki, mən xomneinçiyəm. Lazım olan izahatı yazmışam. Araşdırılacaq. Bu günə kimi də Ərdəbildən mənə polisdən zənglər gəlir. Deyirlər, İranın əleyhinə olan çəkilişləri saxla. Buradan bildirirəm ki, ölüm də olsa, o çəkilişləri saxlamayacağam, sona kimi davam etdirəcəyəm. Bu hələ əvvəlidir, bundan sonra daha betərlərini edəcəyəm. Mən inamırdım ki, mənə qarşı belə edərlər. İndi hal-hazırda, həkim müalicə yazıb, dərmanlar qəbul edib mualicə etdirə. Bunların Allahı yoxdur, bunlar Allahsız adamdırlar. Öz sağlamlığım yaxşıdır, lap da yaxşı olacaq. Dekabrın 12-də çəkilişim var, ona hazırlaşıram. Siz də çox sağ olun ki, problemi eşidən kimi mənimlə maraqlanaraq bu məsələni ictimailəşdirib cəmiyyətimizin diqqətinə çatdırırsınız".

    Azerbaycanrealligi.com


Xəbər lenti

Beynəlxalq təşkilatlar vəkillərlə bağlı çağırış edib

Seçki oyunu -VİDEO

"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu" -Firuzə Gülalıyeva

AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib

AİHM Bəybala Əbillə bağlı qərarını elan etdi

Masallı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildi

Oqtay Gülalıyevlə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış olundu

"RUN Group" MMC-nin xanım rəhbəri niyə susur? -VİDEO

Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO

"Cahid Hilaloğlu" mükafatı təqdim edildi -FOTOLAR

10 AA 322 seriyalı avtomobil sürücüsü mövcud qanunvericiliyin tələblərinə niyə riayət etmir? -VİDEO

"İşıq xətti qəfil qırılıb düşə bilər" -Qəbələ rayonundan FOTOLAR

"Bizə dedilər 6 aydan sonra müraciət edə bilərsiniz" -Vüqar Qurdqanlı

Masallı rayon Maliyyə İdarəsi faizə otuzdurulub?

"Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər" -Əli Kərimli

Cəlilabadda süqut edən təhsil sistemi : İTTİHAM

Elxan Hüseynov “köhnə bazara yeni qiymətlər”gətirib? -Sumqayıt Dövlət Universitetində problem

Vəkil:"Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim?"

Prezidentin köməkçisinə general-polkovnik rütbəsi verildi

Məhkəmə jurnalisti cərimələdi : "Sifarişli qərardır"

“Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük” -Donald Tramp

Azərbaycanda yeni Ombudsmanı Səbinə Əliyeva oldu

"Haqq ədalət uğrunda mübarizə aparmış adam indi də tək, meydanda həyatı uğrunda mübarizə aparır" -Təbriz Gülalıyev

Polis “Müsəlman Birliyi” Hərəkatının tədbirinə imkan vermədi

"Bu yaşdan sonra hara gedəcəyik, necə yaşayacağıq?” – Tanımış həkim

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya