Deputatdan bir qapının açılmasına görə 30 min rüşvət tələb edən hansı icra başçısıdır?

Şrift : |
Tarix :21-11-2018, 22:24
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    “İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir… Bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör, sadə vətəndaşdan nə istəyir?”

    Deputat Adil Əliyevin – qanunverici hakimiyyət qolunun hakimiyyətyönlü üzvünün canlı yayımda (Musavat.com) hətta Azərbaycan reallığı üçün sensasiyalı (Rəsmi şəxslərin belə etiraflarına nadir hallarda rast gəlinir – R.Ə.) açıqlamasından bir neçə gün keşsə də, ölkənin hüquq-mühafizə orqanları, o cümlədən yuxarı instansiyalar hələ də susurlar. Sanki, belə ağır cinayət ittihamı ilə bir deputat yox, yoldan keçən hansısa məsuliyyətsizin biri çıxış edib.

    Normal cəmiyyətlərdə isə deputatın belə bir bəyanatı bomba kimi partlayar, həmin ölkənin KİV-ləri tərəfləri, o cümlədən nəzarət orqanlarını “divara dirəyər”, işin bütün hallarını açıb ortaya tökər, nəticədə kimlərsə birbaşa həbsə, kimlərsə ən azı istefaya gedərdi. Lakin “xoşbəxtlikdən” bizdə belə “bombalar partlamır”, hüquq-mühafizə orqanları belə məsələləri bir qayda olaraq “görməzlikdən” gəlir, xalq isə sadəcə başını yelləyib keçir. Çünki ölkədə sözün əsl mənasında ŞƏFFAFLIQDIR! Gizlində heç nə baş vermir. Hər şey göz önündədir. Bir icra başçısının bir deputatdan 30 min rüşvət tələb etməsi kimi…

    Amma yenə də adamı maraq bürüyür: deputatdan bir qapının açılmasına görə 30 min rüşvət tələb edən hansı icra başçısıdır?

    Adil Əliyev ad çəkməkdən imtina edib. Lakin açıq şəkildə bildirib ki, bu işdən “yuxarıların” xəbəri var, çünkü özü məlumat verib və icra başçısının cəzalandırılmasını xahiş edib. Deputat, kimdən şübhələnməli olduğumuza eyham vurmasa da, kimlərdən şübhələnməməli olduğumuzu adlar çəkərək bəyan edib: Qaradağ, Nərimanov, Nizami, Sabunçu və Xətai rayonlarının başçıları deyil.

    Belə olduqda, “şübhəlilər” sırasında kimlər qalır?

    Bakının 11 rayonu var, yuxarıda adları çəkilənləri çıxsaq, yerdə qalanlar bunlardır: Səbail, Yasamal, Nəsimi, Binəqədi, Suraxanı və Pirallahı. Demək ki, deputatdan rüşvət tələb edən icra başçısı bu rayonlardan birinə rəhbərlik edir.

    Həmin icra başçısının kim olduğunu qətiyyətlə söyləmək çətindir. Lakin “AzPolitika”nın bu istiqamətdə araşdırması zamanı bəzi ipucları əldə etmək mümkün olub.

    Məlumatlı mənbənin bildirdiyinə görə, deputat Adil Əliyev özünün Salatın Əsgərova – 101 ünvanında yerləşən obyektinə əlavə qapı açmaq üçün icra hakimiyyətinə müraciət edib. İcra başçısı “mənim də xərclərim var, 30 min versin, açsın”, – deyə, deputata ismarıc göndərib.

    Salatın Əsgərova küçəsi isə Yasamal rayonunun ərazisində başlayıb, Nəsimi rayonunun ərazisinədək uzanır…

    Deməli, daha konkret fikir bildirmək üçün sözügedən ünvan ətrafında bir qədər dərin araşdırmaya ehtiyac var.

    Mövzuya qayıdacağıq.

    AzPolitika.info


Xəbər lenti

"Oqtay Gülalıyev Azərbaycanda onsuz da məhv edilmiş hüquq müdafiə sisteminin azsaylı nümayəndələrindən biridir" -Rüfət Səfərov

"Azad və ədalətli seçkilər bu ölkəni irəli apara bilər" -Li Litzenberqer

"Oqtay Gülalıyev bu ölkənin vətəndaşıdır" -MÜRACİƏT

Beynəlxalq təşkilatlar vəkillərlə bağlı çağırış edib

Seçki oyunu -VİDEO

"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu" -Firuzə Gülalıyeva

AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib

AİHM Bəybala Əbillə bağlı qərarını elan etdi

Masallı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildi

Oqtay Gülalıyevlə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış olundu

"RUN Group" MMC-nin xanım rəhbəri niyə susur? -VİDEO

Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO

"Cahid Hilaloğlu" mükafatı təqdim edildi -FOTOLAR

10 AA 322 seriyalı avtomobil sürücüsü mövcud qanunvericiliyin tələblərinə niyə riayət etmir? -VİDEO

"İşıq xətti qəfil qırılıb düşə bilər" -Qəbələ rayonundan FOTOLAR

"Bizə dedilər 6 aydan sonra müraciət edə bilərsiniz" -Vüqar Qurdqanlı

Masallı rayon Maliyyə İdarəsi faizə otuzdurulub?

"Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər" -Əli Kərimli

Cəlilabadda süqut edən təhsil sistemi : İTTİHAM

Elxan Hüseynov “köhnə bazara yeni qiymətlər”gətirib? -Sumqayıt Dövlət Universitetində problem

Vəkil:"Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim?"

Prezidentin köməkçisinə general-polkovnik rütbəsi verildi

Məhkəmə jurnalisti cərimələdi : "Sifarişli qərardır"

“Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük” -Donald Tramp

Azərbaycanda yeni Ombudsmanı Səbinə Əliyeva oldu

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya