Pirallahı rayonunda problemlər

Şrift : |
Tarix :20-02-2019, 21:17
Bölmə : aktual
Kömək :    
Baxılıb : 243 dəfə
Like :
Like :

    Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin dekabrında yaradılmış Pirallahı rayonu dörd qəsəbədən təşkil edilib. Bu qəsəbələrin bir rayonun tabeçiliyinə verilməsində məqsəd uzun zamanlar bu qəsəbələrin baxımsız halda olması ilə əlaqələndirilir. Problemlərin üst-üstə yığıldığı bu qəsəbələrdə Pirallahı rayonu təşkil edildikdən sonra ölkə başçısının göstərişlərinə əsasən bu qəsəbələrdə köklü yenidənqurma işləri aparıldı, infrastruktur layihələri həyata keçirildi.Uzun müddət baxımsızlıqdan bərbad hala düşmüş qəsəbələrarası və qəsəbədaxılı yollar yenidən quruldu, Pirallahı qəsəbəsinə yeni körpü çəkildi, parklar salındı,qəsəbənin ayrı-ayrı yerlərində istirahət guşələri, uşaqların əylənməyi üçün xüsusi yerlər ayrıldı, əhalinin mənzil kommunal problemləri qismən aradan qaldırıldı. Qeyd etmək xüsusilə yerinə düşər ki,rayonun inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqətindədir və buradakı problemlərin aradan qaldırılması üçün əlindən gələni əsirgəmir.

    Pirallahı rayonu yarandıqdan buraya İcra Hakimiyyətinin başçısı kimi Vasif İmanov təyin edilib.Rəhbərliyə başlar, başlamaz Vasif İmanovun barəsində dövrü mətbuatda yazılanlara biz qayıtmaq istəməzdik.Onun bu rayonda abadlıq, quruculuq işlərinə ayrılmış büdcə vəsaitlərinin ayrı-ayrı yollarla mənimsəməsi barədə yazılanlar sadəcə bəzi əlavələr etmək istərdik. Qeyd etdiyimiz kimi rayon dörd qəsəbədən ibarətdir. Əhalisinin böyük əksəriyyətinin heft sahəsində çalışdığından burada daimi iş yeri yalnız rayonun məktəb və uşaq bağçaları, mədəniyyət evləri, xəstəxana və poliklinikalarındadr. Büdcədən maliyələşən 6 orta məktəbdə, 5 uşaq bağçasında, 3 mədəniyyət evi, bir musiqi məktəbi, uşaq yaradıcılıq mərkəzi,2 xəstəxana və polikliklinikalarda çalışanların sayı zənnimizcə o qədər böyük olmaz.

    7GUN.az xəbər verir ki, Aktualinfo-ya verilən məlumatlara görə Pirallahı qəsəbəsində yerləşən 235 saylı tam orta məktəbdə xaos hökm sürməkdədir.Belə ki, məktəbdə təhsilin çox aşağı səviyyədə olmasını bildirən məlumatlı mənbənin sözlərinə görə şağirdlərin dərsə davamiyyəti çox aşağı səviyyədədir.Məktəbin direktoru Şahin Abdullayevin vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədiyini söyləyən məlumtlı mənbənin sözlərinə görə məktəbdə təlim tərbiyyə işləri nəzarət çox aşağı səviyyədədir. İş o həddə çatıb ki,tənəffüslərdə qızlar belə tualetdə siqaret çəkir və buna kimsə mane ola bilmir.Məlumat üçün bildirmək istərdik ki, hər ilin 14 fevral dünyada Valentin, yəni sevgililər günü kimi qeyd edilir. İş o yerə çatıb ki,Pirallahı rayonunun 235 saylı məktəbində də sevgililər günü ilə bağlı tədbir keçirilib və məktəbin direktoru Şahin Abdullayev buna razılıq verib. Məlumatlı mənbənin sözlərinə görə Şahin Abdullayevin idarəçiliyindəki neqotiv hallar tək bunlarla bitmir. O,özbaşına əməllərindən çəkinmir və arxasında İcra Hakimiyyətinin başçısı Vasif İmanovun durduğunu hər yerdə açıq-aşkar deyir.

    Pirallahı rayonunda İcra hakimiyyətinin başçısı Vasif İmanova sığınan ikinci məktəb direktoru,daha doğrusu Gürgən qəsəbəsindəki 231 saylı tam orta məktəbin direktor əvəzi Əsədullayeva Nabatdır. Verilən məlumatlara görə 231 saylı məktəbdə də dərsə davamiyyət çox aşağı səviyyədədir. Yuxarı sınıf şagirdləri demək olar ki, dərsə gəlmir əvəzində Nabat xanımın “xüsusi razılığı” ilə repetitor yanına gedirlər. Bu yaxınlarda Təhsil Nazirliyinin boş qalmış məktəb direktorları vəzifəsinə vakant yerlərlə bağlı keçirilən imtahanda Nabat xanımın iştirak etmədiyini bildirən məlumatlı mənbənin sözlərinə görə o İcra Hakimiyyətinin başçısı Vasif İmanova arxayındır. İcra başçısının onu bu vəzifəyə təyin etdirəcəyinə arxayın olan Nabat Əsadullayevanın da işinin ciddi araşdırilmasına ehtiyac var. Məktəbdə müəllimlərlə Nabat xanım arasında yaşanan maaş söhbətlərınin də həmçının.

    Bakı şəhər Baş Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin nəzərinə çatdırırıq. Pirallahı rayonundaki sözügedən təhsil ocaqlarına rəhbərlikb edənlər tərəfindən yol verilən özbaşınalıqlar şagirdlərin təlim tərbiyyəsinin,təhsilinin inkişafına deyil,uçurumuna yönəlib.

    Əks tərəfin mövqeyini, Bakı şəhər Baş Təhsil İdarəsinin sözügedən məsələlərlə bağlı münasibətini dinləməyə hazırıq.


Xəbər lenti

Oktay Gülalıyev Yalçın İmanovu təbrik etdi

“Nəzrə almağınızı xahiş edirik”

Baş Prokurorluq Polad Aslanovun şikayətini araşdırır

Oktay Gülalıyev: "Bu “mübarizə” bumeranq təsiri yaradır…"

Beyləqanda Suvarma Sistemləri İdarəsi özəl mülkə çevrilib? – Ölü canlar, satılan qoyunlar, daha nələr…

Ombudsman aparatının nümayəndələri təcridxanada aclıq edən jurnalistlə görüşüb- AÇIQLAMA

Knut OlavAmos: “Regionda mətbuat azadlığı sahəsində vəziyyət o qədər acınacaqlıdır ki...”

Məhkəmə zalında olan Penitensiar Xidmətin əməkdaşları gözyaşardıcı qazdan istifadə etdilər -VİDEO

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!